Prezident Zəngilanda “Sarıqışlaq” Su Elektrik Stansiyasının açılışında iştirak etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev oktyabrın 3-də Zəngilan rayonunda “AzərEnerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasının açılışında iştirak edib.
“AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev dövlət başçısına görülən işlər barədə məlumat verib.
Bildirilib ki, “Sarıqışlaq” SES Oxçu çayının üzərində kaskad üsulla tikilən Zəngilan silsiləsindəki 4 SES-dən biridir və buna qədər digər 3 SES – “Cahangirbəyli”, “Şayıflı” və “Zəngilan” su elektrik stansiyaları dövlətimizin başçısının iştirakı ilə istismara verilib.
Flora və faunanın qorunması üçün xüsusi qurğular quraşdırılmaqla yaradılan baş suqəbuledicidən çıxan suyun 35 faizi çay məcrasında saxlanılmaqla derivasiya boruları çəkilib və borudan çıxan suyun itkisiz şəkildə çaya təkrar buraxılması təmin edilib.
“Sarıqışlaq” SES-də tikilən maşın zalında çayda su azalarkən özünü avtomatik dayandıra bilən 2 ekoturbin quraşdırılıb ki, bu turbinlər Oxçu çayının ekoloji axımından iki dəfə artıq suyun çayda saxlanılmasını təmin edir.
Qeyd olunub ki, su elektrik stansiyasında 110 kV-luq açıq paylayıcı qurğu tikilib. Bu qurğu nəinki “Sarıqışlaq” SES-də, eyni zamanda “Şayıflı” SES-də istehsal olunan “yaşıl enerji”nin sistemə ötürülməsi funksiyasını icra edir. Burada həm yarımstansiya, həm də bütövlükdə su elektrik stansiyası rəqəmsal avadanlıqlarla təchiz edilərək avtomatik idarəetmə sistemi ilə təmin olunub.
“Sarıqışlaq”da il ərzində 33 milyon kilovat-saatadək elektrik enerjisinin istehsal olunması, bununla da 7,4 milyon kubmetr qaza qənaət edilməsi və atmosferə atılan 13 min ton karbon qazının qarşısının alınması nəzərdə tutulur.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV
- Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV
- İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV
- Prezident Bakıda FIFA U-15 finalçılarını mükafatlandıracaq - Baku TV
- Azərbaycan Prezidentindən Türkiyə liderinə 29 Oktyabr təbriki - Baku TV
