Pleyeri seçin:

Prezidentliyə namizədlər İlham Əliyevə fəaliyyətində uğurlar arzuladılar

08 fevral 2024 477 baxış

Fevralın 8-də növbədənkənar prezident seçkilərində namizəd olan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, həmçinin namizədlikləri öz təşəbbüsləri ilə irəli sürülən Zahid Oruc və Fuad Əliyev seçkilərdə Azərbaycan xalqının böyük etimadını qazanaraq qalib gələn Prezident İlham Əliyevə zəng ediblər.

Namizədlər demokratik, şəffaf və ədalətli şəkildə keçirilən seçkilərdə yenidən parlaq qələbə qazanması münasibətilə Prezidenti təbrik edib, səsvermənin nəticələrinin Azərbaycan xalqının dövlət başçısına olan inam və etimadının ifadəsi, ölkəmizin sosial-iqtisadi inkişafı və xalqımızın rifahı yolunda həyata keçirdiyi qətiyyətli siyasətə verilən yüksək qiymətin və dəstəyin əyani təzahürü olduğunu bildiriblər.

Namizədlər budəfəki seçkilərin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş ölkəmizin bütün ərazisində keçirilməsinin mühüm tarixi hadisə olduğunu qeyd ediblər. Bunun əyani göstəricisi olaraq Prezidentin ailə üzvləri ilə birlikdə Xankəndidə səs verməsinin böyük siyasi və rəmzi məna daşıdığını vurğulayıblar.

Namizədlər Prezident İlham Əliyevə möhkəm cansağlığı, Azərbaycanın firavanlığı, yüksəlişi və qlobal aləmdə nüfuzunun daha da güclənməsi yolunda qarşıya qoyduğu bütün hədəflərə çatmağı arzulayıblar. Xalqımızın əmin-amanlığı, rifahı və tərəqqisi naminə fəaliyyətində yeni-yeni uğurlar və nailiyyətlər diləyiblər.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib. Prezident seçkilərində iştirak edən namizədlər arasında konstruktiv dialoqa əsaslanan siyasi mədəniyyətin nümayiş etdirilməsini müsbət qiymətləndirib, seçkiqabağı təşviqat prosesində namizədlərin səsləndirdiyi bir sıra təkliflərin nəzərə alınacağını qeyd edib. Dövlət başçısı seçkilərdə iştirak edən namizədlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Banner
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

Siyasət
01 noyabr 2026 477 baxış
Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Siyasət
01 noyabr 2026 477 baxış
Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Siyasət
31 oktyabr 2026 477 baxış
Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Siyasət
31 oktyabr 2026 477 baxış
İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

Siyasət
30 oktyabr 2026 477 baxış
Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
30 oktyabr 2026 477 baxış
Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Siyasət
30 oktyabr 2026 477 baxış
Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Siyasət
30 oktyabr 2026 477 baxış
"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

Siyasət
30 oktyabr 2026 477 baxış
Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Siyasət
30 oktyabr 2026 477 baxış
Seçilmişlər
icon