Pleyeri seçin:

Qaçqınlıq vaxtı Gürcüstandakı azərbaycanlılar bizə qapılarını açdı | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

22 dekabr 2023 476 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

“Ləmbəlidən gətirilən torpağı hələ də evimdə saxlamışam” adlı buraxılış Loru mahalının Barana rayonunun Ləmbəli kənd sakini Ceyran Ənsərin həyat hekayəsinə həsr olunub.

C.Ənsər deportasiya və qaçqınlıq həyatından danışıb:

“Kəndimizin camaatı beş dəfə deportasiyaya uğrayıb. 1988-ci il noyabrın 25-də qəsəbə statuslu kəndimizdə azərbaycanlılar və ermənilər mitinq edirdilər. Ermənilər bizə dedilər ki, daha sizi burada saxlaya bilməyəcəyik. Kəndə rus əsgərləri töküldü. Onlar erməniləri müdafiə edirdilər. Bizə dedilər ki, daha sizi qoruya bilmirik. Siz ən yaxşı halda çıxıb getməlisiniz.

Kənddə o vaxt yığılıb and içmişdilər, Bakıdan ziyalılar da gəlmişdilər ki, biz bu kəndi tərk etməyəcəyik. Çünki bizim kənd bir yandan Qazaxla, bir yandan Gürcüstanla həmsərhəd idi.

Sonra gördük ki, mümkün deyil, hamı köçüb gedirdi. Həmin dövrdə ermənilər avtomatla insanları öldürmək üçün gəlib bir-bir evləri gəzirdilər, maşınları gülləbaran edirdilər. Nəhayət, bizi Gürcüstana apardılar, bir il orada qaldıq və sonra Bakıdan ev aldıq”.

Vətən həsrətinin ağrılı dərd olduğunu bildirən Ləmbəli sakini söyləyib:

“Vətənsizlikdən acı, ağladıcı dərd yoxdur. Vətən olmayan yerdə səadət yoxdur. Məni doğulduğum torpaq çəkir. Keçən il kəndimizdən gətirilən torpaqdan saxlamışam. Ən gözəl xatirələrim, ən xoşbəxt anlarım, özümü biləndən yaşadığım ən xoş günlərim məhz o kəndlə bağlıdır. Eyvanımıza çıxıb bir dəfə baxsam və dərindən bir nəfəs alsam, bəlkə də, ömrüm bir neçə il uzanar.

“Həyat Hekayəm”in əsasında xoşbəxt uşaqlığım, gəncliyim, əziyyət dolu qaçqınlıq və mübarizə dolu həyatım var. O torpaqlar bizimdir, Ermənistana verilib. Doğma yerlərə qayıtmağı, orada yaşayıb ölməyi çox istəyirəm”.

Banner
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

Siyasət
01 noyabr 2026 476 baxış
Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Siyasət
01 noyabr 2026 476 baxış
Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Siyasət
31 oktyabr 2026 476 baxış
Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Siyasət
31 oktyabr 2026 476 baxış
İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

Siyasət
30 oktyabr 2026 476 baxış
Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
30 oktyabr 2026 476 baxış
Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Siyasət
30 oktyabr 2026 476 baxış
Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Siyasət
30 oktyabr 2026 476 baxış
"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

Siyasət
30 oktyabr 2026 476 baxış
Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Siyasət
30 oktyabr 2026 476 baxış
Seçilmişlər
icon