Siyasət
Pleyeri seçin:

Qarabağda beynəlxalq hüququ təmin edən ordumuz bu təcrübəni Qərbi Azərbaycanda da tətbiq edə bilər

23 may 2024

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

“Bakı İrəvanı dalandan çıxarmaq qarşılığında azərbaycanlıların öz yurdlarına qayıdışını tələb edir” adlı süjetdə Qərbi Azərbaycana qayıdış strategiyasının Qarabağın azad edilməsindən sonra dövlət və millət olaraq prioritet hədəfə çevrildiyi, 44 günlük müharibədən sonra bu istiqamətdə mühüm addımların atıldığı bildirilir.

Qeyd olunur ki, son illərdə deportasiya olunmuş soydaşlarımızın icmalaşması sürətlənib, azərbaycanlıların öz yurdlarına qayıdışı Ermənistanla danışıqlar masasına daxil edilib, Qərbi Azərbaycan məsələsi beynəlxalq müstəviyə çıxarılıb:

“Ermənistanı ən çox narahat edən məqam Qərbi Azərbaycan məsələsinin beynəlxalq təşkilatların gündəliyinə daxil edilməsidir. Məsələn, rəsmi Bakının Qərbi Azərbaycanı ATƏT platformasında gündəmə gətirməsi İrəvanda isteriya yaradıb. Ermənistanın və erməni lobbisinin bütün cəhdlərinə baxmayaraq, Qərbi Azərbaycana qayıdışı məsələsi artıq beynəlxalq müstəvidə də qəbul edilir”.

Diqqətə çatdırılır ki, əsas məsələ soydaşlarımızın öz yurdlarına təhlükəsiz şəraitdə qayıtmasıdır:

“Beynəlxalq hüquq bunu dəstəkləyir. 1951-ci ildə qəbul edilən Cenevrə Konvensiyasında qeyd olunur ki, qaçqın irqi, dini, milli mənsubiyyətinə görə təqib olunacağından qorxduğu üçün ölkəsinə qayıda bilməyən, yaxud qayıtmaq istəməyən şəxsdir.

Azərbaycanlılar da məhz məhz irqi, dini və milli mənsubiyyətlərinə görə öz yurdlarından qovulub və bu gün öz mənsubiyyətlərinə görə evlərinə qayıda bilmir. Ermənistan beynəlxalq hüququn bu tələbini yerinə yetirməlidir. Əsas məsələ Ermənistanın beynəlxalq hüququn tələbini yerinə yetirməsi – soydaşlarımzın təhlükəsiz şəraitdə evlərinə qayıdışını təmin etməsidir”.

Hərbi qulluqçular fəxri adlara layiq görülüb | Prezidentdən sərəncam

Hərbi qulluqçular fəxri adlara layiq görülüb | Prezidentdən sərəncam

Siyasət
25 iyun 2024
İlham Əliyev ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzaladı

İlham Əliyev ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzaladı

Siyasət
25 iyun 2024
Rusiya rəsmisindən Moskva-Bakı münasibətləri ilə bağlı açıqlama

Rusiya rəsmisindən Moskva-Bakı münasibətləri ilə bağlı açıqlama

Siyasət
25 iyun 2024
Prezident İlham Əliyev Natiq Qasımovla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Natiq Qasımovla bağlı sərəncam imzaladı

Siyasət
25 iyun 2024
Qafqaz anlayışı 19-cu əsr anlayışıdır, bu ərazi İçoğuz adlanıb | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Qafqaz anlayışı 19-cu əsr anlayışıdır, bu ərazi İçoğuz adlanıb | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
25 iyun 2024
Paşinyanın paylaşdığı görüntülər hansı istiqamətdən çəkilib? -Ekspertlər danışdı

Paşinyanın paylaşdığı görüntülər hansı istiqamətdən çəkilib? -Ekspertlər danışdı

Siyasət
25 iyun 2024
Qohum evliliyi ilə bağlı gözlənilməz qərar

Qohum evliliyi ilə bağlı gözlənilməz qərar

Siyasət
25 iyun 2024
Regionda müharibə təhlükəsi | Fransaya alçaldıcı müqavilə imzalatdılar

Regionda müharibə təhlükəsi | Fransaya alçaldıcı müqavilə imzalatdılar

Siyasət
25 iyun 2024
Jurnalistin sualı Sarkisyanı əsəbiləşdirdi | Erməni mediasından qalmaqallı xəbər

Jurnalistin sualı Sarkisyanı əsəbiləşdirdi | Erməni mediasından qalmaqallı xəbər

Siyasət
25 iyun 2024
Əgər sülh istəsəydilər... | Deputat Qərbin ikiüzlülüyünü ifşa etdi

Əgər sülh istəsəydilər... | Deputat Qərbin ikiüzlülüyünü ifşa etdi

Siyasət
25 iyun 2024
Seçilmişlər
icon