Qarabağda tutulan separatçıların keçmiş "prezidentlər"i Bakıya gətirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Qarabağdakı separatçıların keçmiş rəhbərləri Bakıya gətirilib.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. Belə ki, Qarabağdakı qondarma rejimin keçmiş “prezident”ləri Arkadi Qukasyan və Bako Saakyan, eləcə də “Daşnaksütyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş “parlament sədri” David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib.
Bu şəxslər illərlə törətdikləri və rəhbərlik etdikləri cinayət əməllərinə görə qanun qarşısında cavab verəcəklər.
Qeyd edək ki, 2020-ci il sentyabrın 27-sində başlayan Vətən müharibəsinin qələbə ilə bitməsindən sonra Üçtərəfli Bəyanata əsasən, həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edib. Bundan sonra Azərbaycan qətiyyətli addımlar ataraq separatçıların bütün məkrli planlarını darmadağın edib. Sentyabrın 19-da Ordumuzun keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçı rejim ağ bayraq qaldıraraq özünü buraxmağa məcbur edilib.
#Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) teqi istifadə olunub
- DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxalayıb - Baku TV
- Təqsirləndirilən şəxslərin xarici rəsmilərin güdülməsinə cəlb olunduğu bildirilib - Baku TV
- İtkinlərin taleyinin aydınlaşdırılması üçün İrəvandan konkret addım gözlənilir - Baku TV
- DTX saxta mesaj və hesablarla bağlı xəbərdarlıq edir - Baku TV
- "Müdafiə sektorunda kibertəhlükəsizlik" adlı sektorial görüş keçirildi - Baku TV
