Siyasət
Pleyeri seçin:
Qaynar xətt açıldı | Rusiya XİN-dən AZAL-ın təyyarəsinin qəzaya düşməsinə reaksiya
Rusiyanın Qazaxıstandakı səfirliyi Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı respublikanın hakimiyyət orqanları ilə təmasdadır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova teleqram səhifəsində paylaşım edib.
Onun sözlərinə görə, Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olanların yaxınları Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin qaynar xətti ilə əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. AZAL-ın məlumatına görə, göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Kopyalandı
Seçilmişlər