Siyasət
Pleyeri seçin:

Qərbi Azərbaycan İcması bəyanat yaydı | Vardanyan və digər dələduzların...

16 aprel 2024

“Qərbi Azərbaycan İcması” beynəlxalq təşkilatları və vətəndaş cəmiyyətini radikal erməni millətçi dairələrinin dezinformasiya kampaniyalarına qarşı mübarizə aparmağa çağırıb.

Bu barədə İcmanın yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, son dövrlər “Soyqırımının önlənməsi üzrə Lemkin İnstitutu” adlı qurum davamlı olaraq Azərbaycanı hədəfə almaqdadır:

"Ermənistanda bir nəfər də azərbaycanlının qalmamasını, bu dövlətin Azərbaycan ərazisini işğal edib orada törətdiyi çoxsaylı soyqırımı aktlarını görməzdən gələn bu kontorun fəaliyyəti demək olar ki, ancaq və ancaq Azərbaycana qara yaxmaqdan ibarətdir.

Qurumun fəaliyyəti haqqında açıq mənbələrdə yayılmış məlumatları diqqətlə gözdən keçirdikdə bu uydurma qurumun canfəşanlığının əsl səbəbləri məlum olur.

Terrorçuluğun maliyyələşdirilməsi ittihamı ilə Azərbaycanda istintaq altında olan fırıldaqçı Ruben Vardanyan və digər dələduz Nubar Afyan tərəfindən maliyyələşdirilən bu “institut”, əslində, muzdlu mirzələrdən ibarət yığıntıdır. Qurumun heyətində E.Poqosyan, L.Mirzoyan kimi erməni diasporasının radikal ünsürlərinin geniş təmsil olunması da təəccüb doğurmur.

Qərbi Azərbaycan İcması sözügedən dairələrin Azərbaycana böhtan atmalarını və bu iyrənc əməlləri üçün soyqırımına qarşı beynəlxalq mübarizənin formalaşmasında böyük rol oynamış professor Rafael Lemkinin (1900-1959) adından sui-istifadə edilməsini sərt şəkildə qınayır.

İcma dövlətləri, beynəlxalq təşkilatları və vətəndaş cəmiyyətini radikal erməni millətçi dairələrinin bu cür dezinformasiya kampaniyalarına qarşı mübarizə aparmağa çağırır".

Mehriban Əliyeva xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib

Mehriban Əliyeva xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib

Siyasət
05 may 2024
AK-nin nümayəndəsi minatəmizləmə prosesi ilə tanış oldu

AK-nin nümayəndəsi minatəmizləmə prosesi ilə tanış oldu

Siyasət
05 may 2024
XİN başçıları viza rejiminin aradan qaldırılması ilə bağlı saziş imzaladı

XİN başçıları viza rejiminin aradan qaldırılması ilə bağlı saziş imzaladı

Siyasət
05 may 2024
Bakıda təşkil olunacaq Sammitin həyata keçirilməsində əməkdaşlığa çağırış olundu

Bakıda təşkil olunacaq Sammitin həyata keçirilməsində əməkdaşlığa çağırış olundu

Siyasət
05 may 2024
Azərbaycanla bağlı yayılan hesabatlar diqqətlə izlənilir | Oqtay Qasımov

Azərbaycanla bağlı yayılan hesabatlar diqqətlə izlənilir | Oqtay Qasımov

Siyasət
05 may 2024
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri müzakirə edildi

Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri müzakirə edildi

Siyasət
05 may 2024
Qərb dairələri post-sovet ölkələrinin daxili işinə niyə qarışır?

Qərb dairələri post-sovet ölkələrinin daxili işinə niyə qarışır?

Siyasət
05 may 2024
Tarixdə iz buraxan Qaraiman bəyliyinin izləri | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Tarixdə iz buraxan Qaraiman bəyliyinin izləri | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
04 may 2024
Keşişin toruna düşən Koçaryandan hiyləgər addım | Tavuşda aksiyaların əsl səbəbi

Keşişin toruna düşən Koçaryandan hiyləgər addım | Tavuşda aksiyaların əsl səbəbi

Siyasət
04 may 2024
Ermənistan bu kəndi tələb etdi | Hansı ərazinin verilməməsi sülh sazişinə daxil ola bilər?

Ermənistan bu kəndi tələb etdi | Hansı ərazinin verilməməsi sülh sazişinə daxil ola bilər?

Siyasət
04 may 2024
Seçilmişlər
icon