Pleyeri seçin:

Qərbi Azərbaycan İcması ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydı

20 sentyabr 2024 218 baxış

“Amerika Birləşmiş Ştatları Konqresinin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmətsizlik göstərməsi və ölkəmizin suveren hüquqlarını təhrif etməsi qəbuledilməzdir”.

Qərbi Azərbaycan İcmasının ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında keçirilən dinləmələrlə bağlı bəyanatında belə deyilir.

Komissiyada sentyabrın 19-da “Dağlıq Qarabağın süqutundan sonra Azərbaycanda insan hüquqları” mövzusunda keçirilən dinləmələrdən dərin narahatlığını ifadə edən bəyanat müəllifləri tədbir zamanı Azərbaycan əleyhinə səsləndirilən ittihamların ölkəmizin ərazi bütövlüyü və suverenliyinə hörmətsizliyin, azərbaycanlılara qarşı ayrı-seçkiliyin növbəti təzahürü olduğunu vurğulayıblar.

“ABŞ tərəfinin keçmiş qanunsuz rejimin nümayəndələrinə viza verməsi və onların tədbirdə iştirakına şərait yaratması bu ölkənin separatçılığa dəstəyinin göstəricisidir.

Bundan əlavə, bu kimi dinləmələrin keçirildiyi qanunvericilik orqanının guya müstəqil olması və onların hökumətin siyasətini əks etdirməməsi barədə bəhanələrlə bağlı bildiririk ki, Konqresin sözügedən addımlarının məhz ABŞ Administrasiyasının sifarişi ilə həyata keçirildiyi heç kimdə şübhə doğurmur”, – deyə bəyanatda qeyd olunub.

Bəyanat müəllifləri həmçinin dinləmələr zamanı məsələlərin dini çərçivədə təqdim edilməsinin də təəssüf doğurduğunu bildiriblər.

“Biz Qərbi Azərbaycan İcması olaraq ABŞ Konqresindən bu cür ayrı-seçkili və təxribatçı yanaşmadan əl çəkməyi tələb edirik. Bu mövqe azərbaycanlıların insan hüquqlarını pozur, dini və etnik qarşıdurmanı alovlandırır, sülh prosesinə mane olur və Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik göstərməklə beynəlxalq hüququ tapdalayır”, – icmanın bəyanatında vurğulanıb.

Bəyanat müəllifləri ABŞ Konqresini azərbaycanlıların Ermənistana geri qayıtmaq hüquqlarını dəstəkləməyə, regionda ədalətli və davamlı sülhün bərqərar olmasına mane olmamağa çağırıblar.

Apellyasiya məhkəməsi AXCP sədri Əli Kərimli barədə qərar verdi - Baku TV

Apellyasiya məhkəməsi AXCP sədri Əli Kərimli barədə qərar verdi - Baku TV

Siyasət
05 dekabr 2025 218 baxış
“5000 ziyarətçinin iştirakı gözlənilir” | Bakıda keçirilən festivalda əsas məqsəd...

“5000 ziyarətçinin iştirakı gözlənilir” | Bakıda keçirilən festivalda əsas məqsəd...

Siyasət
05 dekabr 2025 218 baxış
TDT ölkələri arasında bəyannamə imzalandı

TDT ölkələri arasında bəyannamə imzalandı

Siyasət
05 dekabr 2025 218 baxış
BMT nümayəndəsi WUF13 Könüllülər Mərkəzində

BMT nümayəndəsi WUF13 Könüllülər Mərkəzində

Siyasət
05 dekabr 2025 218 baxış
Hikmət Hacıyev NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri ilə görüşdü

Hikmət Hacıyev NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri ilə görüşdü

Siyasət
05 dekabr 2025 218 baxış
Ümumdünya Şəhərsalma Forumunun məzmunu hazırlanır

Ümumdünya Şəhərsalma Forumunun məzmunu hazırlanır

Siyasət
05 dekabr 2025 218 baxış
Qarabağ atları, milli musiqimiz və rəqslərimiz Əbu-Dabidə tamaşaçıları valeh etdi - Baku TV

Qarabağ atları, milli musiqimiz və rəqslərimiz Əbu-Dabidə tamaşaçıları valeh etdi - Baku TV

Siyasət
05 dekabr 2025 218 baxış
Elçin Əmirbəyov Cenevrədə Azərbaycan-Rusiya münasibətlərindən danışdı

Elçin Əmirbəyov Cenevrədə Azərbaycan-Rusiya münasibətlərindən danışdı

Siyasət
05 dekabr 2025 218 baxış
Bakıda “Mədəni irs və qayıdış hüququ” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda “Mədəni irs və qayıdış hüququ” mövzusunda beynəlxalq konfrans keçirilir

Siyasət
05 dekabr 2025 218 baxış
Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir

Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir

Siyasət
05 dekabr 2025 218 baxış
Seçilmişlər
icon