Pleyeri seçin:

ABŞ-də hökumətin fəaliyyəti dayanır? | Tramp bu şəxslərə od püskürdü

10 mart 2025 363 baxış

ABŞ Prezidenti Donald Tramp Konqresin həftənin sonuna qədər hökumətin müvəqqəti maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsini razılaşdıra bilməyəcəyi ehtimalını istisna etməyib: “Bu baş verə bilər. Demokratlar bunu istəyir. Onlar ölkəni məhv etmək istəyirlər”.

Eyni zamanda Amerika lideri ümidvar olduğunu bildirib ki, hökumətin fəaliyyətinin qismən dayanmasının qarşısını almaq olar: “Düşünürəm ki, qanun layihəsi qəbul olunacaq. Biz baxacağıq. Amma dayanma da mümkündür, Demokratlar nəzarətdən çıxıb”.

Bundan əvvəl Konqresdəki Respublikaçılar sentyabrın 30-dək federal hökumətin müvəqqəti maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsi təqdim ediblər. Sənəddə müdafiə xərclərinin təxminən 6 milyard dollar artırılması və müdafiə ilə bağlı olmayan dövlət proqramlarının maliyyələşdirilməsinin təxminən 13 milyard dollar azaldılması ilə bağlı müddəalar var.

“Associated Press” qeyd edir ki, respublikaçılar Konqresin aşağı palatasında yalnız minimal səs çoxluğuna malik olduqları üçün qanun layihəsinin səsverməsində çətinliklə üzləşəcəklər. Demokrat azlıqdan əlavə, bəzi respublikaçı qanunvericilərin sənədi təsdiqləməməsi riski var. Senatda bütün respublikaçılar “bəli” səs versə belə, maliyyələşdirməyə dair qanun layihəsini ən azı yeddi demokrat da dəstəkləməlidir.

Sənəd Vaşinqton vaxtı ilə martın 14-də saat 23:59-a qədər təsdiq edilməsə, hökumətin fəaliyyətinin qismən dayandırılması baş verəcək – bəzi dövlət idarələri və proqramları, yüzminlərlə dövlət qulluqçusunun maaşları müvəqqəti olaraq dayandırılacaq və onların bir çoxu ödənişsiz məzuniyyətə göndəriləcək.

Moskvaya dron yağışı: Eskalasiya nüvə həddinə çatır? - AKTUAL GÜNDƏM

Moskvaya dron yağışı: Eskalasiya nüvə həddinə çatır? - AKTUAL GÜNDƏM

Dünya
20 iyun 2026 363 baxış
Rusiya Xarkovu vurdu | Ölən və yaralananların sayı açıqlandı - Baku TV

Rusiya Xarkovu vurdu | Ölən və yaralananların sayı açıqlandı - Baku TV

Dünya
20 iyun 2026 363 baxış
İrlandiyalı alimlər vaksin hazırlayıb

İrlandiyalı alimlər vaksin hazırlayıb

Dünya
20 iyun 2026 363 baxış
Müharibənin təsiri artıq Moskvanın daxilində hiss olunmağa başlayıb - Baku TV

Müharibənin təsiri artıq Moskvanın daxilində hiss olunmağa başlayıb - Baku TV

Dünya
20 iyun 2026 363 baxış
Rusiya Xarkovu vurdu | Ölən və yaralananların sayı açıqlandı - Baku TV CANLI

Rusiya Xarkovu vurdu | Ölən və yaralananların sayı açıqlandı - Baku TV CANLI

Dünya
20 iyun 2026 363 baxış
İqlim dəyişikliyi ötən il 3 mindən çox insanın ölümünə səbəb olub

İqlim dəyişikliyi ötən il 3 mindən çox insanın ölümünə səbəb olub

Dünya
20 iyun 2026 363 baxış
“Fransa belə bir modeli həyata keçirmək niyyətində deyil” | Makron

“Fransa belə bir modeli həyata keçirmək niyyətində deyil” | Makron

Dünya
20 iyun 2026 363 baxış
Rusiya dialoqa hazırdır | Müharibənin taleyi necə olacaq?

Rusiya dialoqa hazırdır | Müharibənin taleyi necə olacaq?

Dünya
20 iyun 2026 363 baxış
“İstəklilər koalisiyası”nın növbəti görüşünün tarixi açıqlandı

“İstəklilər koalisiyası”nın növbəti görüşünün tarixi açıqlandı

Dünya
20 iyun 2026 363 baxış
"2-3 həftəlik bombardman...” | Tramp yeni əməliyyatların anonsunu verdi? - Baku TV

"2-3 həftəlik bombardman...” | Tramp yeni əməliyyatların anonsunu verdi? - Baku TV

Dünya
20 iyun 2026 363 baxış
Seçilmişlər
icon