Qərbi Azərbaycan İcması Paşinyanı bu dəfə belə susdurdu | Baş nazir uğursuz müqayisə aparıb
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistanın Baş naziri Nikol Paşinyan Qərbi Azərbaycan ilə “Qərbi Ermənistan” iddiasını eyniləşdirməyə çalışaraq çox uğursuz müqayisə aparıb”.
Bunu Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar deyib.
O bildirib ki, Qərbi azərbaycanlıların işi insan hüquqları məsələsidir:
“Qərbi Ermənistan” isə ərazi iddiasından başqa bir şey deyil. Baş nazir Nikol Paşinyan qondarma “Qərbi Ermənistan” iddiasını çoxdan şübhə altına almalı idi. Lakin bu, soydaşlarımızın geri qayıdış hüququ məsələsini belə gündəmə gətirməklə baş verməməlidir”.
Ülviyyə Zülfiqar əlavə edib ki, Qərbi Azərbaycan İcması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Ermənistanın Baş naziri Nikol Paşinyana müraciət edib və onu soydaşlarımızın geri qayıdış hüququnun yerinə yetirilməsi ilə bağlı dialoqa çağırıb:
“Baş nazir diqqətini bu kimi uğursuz iddialardan çəkərək beynəlxalq hüququn norma və prinsiplərinə əsasən, Qərbi azərbaycanlıların geri qayıdışını təmin etməsinə yönəltməlidir”.
#Ermənistan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- “Biz döyüş meydanında cavab verdik, kimin kim olduğunu hər kəs gördü” | Prezident - Baku TV
- “Onlar bəzilərinin qucağına sığınmışdılar, Bakıya tanklarla gəlmək istəyirdilər...” | Prezident
- "İşğalla barışmaq niyyətində deyildik" - Prezident ölkəmizə qarşı qarayaxma kampaniyasından danışdı
