Siyasət
Pleyeri seçin:

Qərbi Azərbaycan İcması Paşinyanın iddialarına qarşı bəyanat yaydı

07 avqust 2023

Qərbi Azərbaycan İcması bəyanat yayıb.

Bəyanatda deyilir:

"Biz Ermənistandan qovulmuş azərbaycanlıları təmsil edən və onların geri qayıtmaq hüququnu müdafiə edən bir təşkilat olaraq Ermənistanın Baş naziri Nikol Paşinyanın növbəti dəfə səsləndirdiyi saxta iddiaları qətiyyətlə pisləyirik. Belə ki, Baş nazir N.Paşinyanın 25 iyul 2023-cü il tarixli mətbuat konfransının bir neçə gün əvvəl dərc olunmuş video yazısından məlum olduğu kimi, o, azərbaycanlıların Ermənistanı “könüllü tərk etməsi” və onlara “təzminat ödənilməsi” ilə bağlı əsassız və bir-biri ilə ziddiyyət təşkil edən iddialar ilə çıxış edib. Əvvəla, qeyd edilməlidir ki, təzminat qanunsuz aktın törədilməsi və itkilərin baş vermiş olmasının etirafı mənasına gəlir ki, bu da könüllü tərk etmə iddiası ilə ziddiyyət təşkil edir. Əgər insanların kütləvi şəkildə köç etməsi, həqiqətən, könüllü olubsa, onda onlara niyə təzminat təklif edilib? İkincisi, biz Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququndan imtina etmələri müqabilində hər hansı formada təzminat aldıqları barədə iddianı qəti şəkildə təkzib edirik.

Zorla qovulma nəticəsində böyük əziyyət çəkmiş icma olaraq biz Ermənistandakı dədə-baba torpaqlarımıza qayıtmaq hüququmuzun təmin edilməsi tələbimizdə qətiyyətlə dayanırıq.

Biz Ermənistanı 2020-ci ildə münaqişə başa çatdıqdan sonra ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə təhlükəsiz şəkildə qayıtmasına imkan vermiş Azərbaycan tərəfindən nümunə götürməyə çağırırıq. Ermənistan insan hüquqlarına və beynəlxalq hüquqa eyni səviyyədə hörmət nümayiş etdirməli və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq hüququnu təmin etməlidir”.

MDB müşahidə missiyasının üzvündən parlament seçkiləri ilə bağlı açıqlama

MDB müşahidə missiyasının üzvündən parlament seçkiləri ilə bağlı açıqlama

Siyasət
01 sentyabr 2024
Gəncədə seçki prosesindən ən son görüntülər | Səsvermə necə gedir?

Gəncədə seçki prosesindən ən son görüntülər | Səsvermə necə gedir?

Siyasət
01 sentyabr 2024
Məhkumlar azad və şəffaf şəkildə səs verdi | Cəzaçəkmə müəssisəsində səsvermə prosesi keçirilir

Məhkumlar azad və şəffaf şəkildə səs verdi | Cəzaçəkmə müəssisəsində səsvermə prosesi keçirilir

Siyasət
01 sentyabr 2024
Öz səsimi layiqli şəxsə vermişəm | Seçicilər təəssüratlarını bölüşdü

Öz səsimi layiqli şəxsə vermişəm | Seçicilər təəssüratlarını bölüşdü

Siyasət
01 sentyabr 2024
Yasamaldakı seçki məntəqəsindən son görüntülər | Seçici fəallığımız orta səviyyədədir

Yasamaldakı seçki məntəqəsindən son görüntülər | Seçici fəallığımız orta səviyyədədir

Siyasət
01 sentyabr 2024
Layiqli namizədimə səs verdim | Kürdəmirdə səsvermə necə davam edir?

Layiqli namizədimə səs verdim | Kürdəmirdə səsvermə necə davam edir?

Siyasət
01 sentyabr 2024
Müşahidəçi seçki gedişatından danışdı | Sevindirici haldır ki...

Müşahidəçi seçki gedişatından danışdı | Sevindirici haldır ki...

Siyasət
01 sentyabr 2024
Azərbaycanda parlament seçkiləri ilə bağlı ən son məlumatlar

Azərbaycanda parlament seçkiləri ilə bağlı ən son məlumatlar

Siyasət
01 sentyabr 2024
Şuşada növbədənkənar parlament seçkiləri yekunlaşdı | Sayım prosesi başladı

Şuşada növbədənkənar parlament seçkiləri yekunlaşdı | Sayım prosesi başladı

Siyasət
01 sentyabr 2024
Xankəndidə növbədənkənar parlament seçkilərinə səsvermə bitdi | Detallar açıqlandı

Xankəndidə növbədənkənar parlament seçkilərinə səsvermə bitdi | Detallar açıqlandı

Siyasət
01 sentyabr 2024
Seçilmişlər
icon