Siyasət
Pleyeri seçin:

Qərbi Azərbaycan İcmasından BMT rəsmisinə müraciət

12 avqust 2023 7 baxış

Qərbi Azərbaycan İcması BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türkə məktub ünvanlayıb.

Məktubda Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə aparması nəticəsində insan hüquqlarının miqyaslı şəkildə pozulması və Ermənistanın qovulmuş azərbaycanlıların öz evlərinə qanuni şəkildə qayıtmasına mane olması barədə məlumat verilib.

İcma Ali Komissarı bu insan hüquqları pozuntuları ilə bağlı qərəzsiz və hərtərəfli araşdırma aparmağa, Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasına köməklik göstərməyə, etnik təmizləmə, zorakılıq, mədəni-tarixi irsin məhv edilməsi və qovulanların təhlükəsiz geri qayıtmasına mane olanların məsuliyyətə cəlb olunması istiqamətində səylər göstərməyə çağırıb.

Məktubda azərbaycanlıların ayrı-seçkiliyə məruz qalmamaq hüququnun Ermənistan tərəfindən kobud şəkildə pozulması diqqətə çatdırılıb. Eyni zamanda bildirilib ki, azərbaycanlıların Ermənistandan zorla qovulması onların qanun qarşısında bərabərlik prinsipi hüququnu da əlindən alıb. Bu pozuntu xüsusilə onların sırf etnik mənsubiyyətinə görə öz ata-baba yurdlarına qayıtmaq hüququnun inkar edilməsində özünü göstərir.

Məktubda o da qeyd edilib ki, Ermənistanda yaşamış çox sayda azərbaycanlının etnik təmizləmə zamanı və eləcə də onların pənah gətirdiyi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hərbi təcavüz nəticəsində itkin düşməsi kimi ciddi narahatlıq doğuran faktı xüsusilə vurğulamaq lazımdır. Ermənistan tərəfindən törədilmiş məcburi itkin düşmələr bu cür hallara məruz qalmamağa dair fundamental hüququn açıq şəkildə pozulmasıdır. Etnik təmizləmə törədənlər və qayıdışımıza mane olanlar məsuliyyətə cəlb edilməli, qayıdış hüququmuz təmin edilməlidir.

Ermənistanın İran və Rusiya ilə arasında geri dönülməz hadisə baş verəcək?

Ermənistanın İran və Rusiya ilə arasında geri dönülməz hadisə baş verəcək?

Siyasət
15 yanvar 2025 7 baxış
Xarici müdaxilə qəbuledilməzdir | Ayxan Hacızadədən ABŞ səfirliyinə reaksiya

Xarici müdaxilə qəbuledilməzdir | Ayxan Hacızadədən ABŞ səfirliyinə reaksiya

Siyasət
15 yanvar 2025 7 baxış
Ukraynada son durum | Lavrov təyyarə qəzasından danışdı | Peskovdan İrəvana reaksiya - SALAM BAKU

Ukraynada son durum | Lavrov təyyarə qəzasından danışdı | Peskovdan İrəvana reaksiya - SALAM BAKU

Siyasət
15 yanvar 2025 7 baxış
Qərbə meyillənən Ermənistana Rusiya hansı cavabı verəcək?

Qərbə meyillənən Ermənistana Rusiya hansı cavabı verəcək?

Siyasət
15 yanvar 2025 7 baxış
ABŞ və Ermənistan arasında strateji əməkdaşlıq sazişi imzalandı

ABŞ və Ermənistan arasında strateji əməkdaşlıq sazişi imzalandı

Siyasət
15 yanvar 2025 7 baxış
Sülh müqaviləsinin imzalanmasını ləngidən səbəb | Erməni nazirdən açıqlama

Sülh müqaviləsinin imzalanmasını ləngidən səbəb | Erməni nazirdən açıqlama

Siyasət
14 yanvar 2025 7 baxış
KTMT-nin Baş katibi ABŞ və Ermənistanın tərəfdaşlığından danışdı | Təhdid yaratmamalıdır...

KTMT-nin Baş katibi ABŞ və Ermənistanın tərəfdaşlığından danışdı | Təhdid yaratmamalıdır...

Siyasət
14 yanvar 2025 7 baxış
Avstriya Prezidenti təyyarə qəzası ilə bağlı İlham Əliyevə başsağlığı məktubu ünvanladı

Avstriya Prezidenti təyyarə qəzası ilə bağlı İlham Əliyevə başsağlığı məktubu ünvanladı

Siyasət
14 yanvar 2025 7 baxış
Alatala, Alaçıq daş, Alaçıq qaya, Alacan, Albalaxaç - türk tarixinin izi

Alatala, Alaçıq daş, Alaçıq qaya, Alacan, Albalaxaç - türk tarixinin izi

Siyasət
14 yanvar 2025 7 baxış
Məzahir Pənahovdan bələdiyyə seçkiləri ilə bağlı mühüm açıqlama | Ən son vəziyyət

Məzahir Pənahovdan bələdiyyə seçkiləri ilə bağlı mühüm açıqlama | Ən son vəziyyət

Siyasət
14 yanvar 2025 7 baxış
Seçilmişlər
icon