Qərbi Azərbaycan İcmasının BMT-yə müraciəti təsdiqləndi
Qərbi Azərbaycan İcması BMT-nin Baş katibi Antonio Quterreşə məktub göndərərək Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtmasına yardım etmək üçün Ermənistana BMT missiyası göndərməyi xahiş edib.
BMT-nin Katibliyi həmin müraciəti Təhlükəsizlik Şurasının, Baş Assambleyanın, İqtisadi və Sosial Şuranın gündəliyinin münaqişələrin önlənməsi, sülhün qorunması, insan haqları, qaçqınlar mövzusuna dair bəndləri altında BMT-nin rəsmi sənədi kimi yayıb.
Qərbi Azərbaycan İcması inanır ki, həmin əhali qrupunun geri qayıtma hüququnun təmin olunması BMT-nin Nizamnaməsinin məqsəd və prinsiplərinin, İnsan Hüquqları üzrə Bəyannamənin və digər universal insan haqları sənədlərinin yerinə yetirilməsinə, habelə bölgədə davamlı sülhün bərqərar edilməsinə mühüm töhfə olacaq.
#Qərbi azərbaycanlılar teqi istifadə olunub
- Göyçədə 35 şagirdi olan kənddə 800 şagirdlik məktəb azərbaycanlılar üçün tikilir?
- Nərimanlı kənd məktəbinin 100 illiyi qeyd olundu - Baku TV
- Qalmaqallı məktub: Beynəlxalq müşahidəçiləri ermənilərin məhkəməsinə cəlb etmək istəyənlər - Baku TV
- Göyçə-Sevan mübahisəsi: tarix nəyi deyir, ermənilər nəyi eşitmir? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
- “Hraparak”: Ermənistan rahat yaşamaq üçün Sevanı verməlidir | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
