Qlobal mənzil böhranı beynəlxalq tədbirin əsas mövzusudur - Baku TV
Azərbaycanın xeyli müddətdir hazırlaşdığı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi nəhayət baş tutub.
Prezident İlham Əliyev və BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax beynəlxalq tədbirə qatılan yüksək səviyyəli qonaqları, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıblar.
Qarşılanma mərasimindən sonra birgə foto çəkdirilib.
Sonra BMT-nin Məskunlaşma Proqramı tərəfindən hazırlanmış, WUF13-ün açılışına həsr olunan videoçarx nümayiş etdirilib və mədəni proqram təqdim olunub.
Prezident İlham Əliyev WUF13-ün açılış mərasimində çıxış edib. Dövlət başçısı bildirib ki, bu gün qlobal tədbiri təşkil etməklə bir daha şəhərsalmaya, onun inkişafına olan böyük sadiqliyimizi nümayiş etdiririk.
Dövlət başçısının sözlərinə görə, hökumətin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır.
Prezident İlham Əliyev həmçinin Azərbaycanda şəhərsalmanın inkişafının sürətlə getdiyini deyib.
Açılış mərasimində BMT-nin Baş katibi Antonio Quterreş tədbir iştirakçılarına videomüraciət ünvanlayıb.
Baş katib Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının qlobal böhranlar, münaqişələr, artan enerji xərcləri və bahalaşan ərzaq qiymətləri dövrünə təsadüf etməsinə xüsusi diqqət yönəldib. O həmçinin çıxışında qlobal mənzil böhranına toxunub.
Açılış mərasiminə videomüraciətlə qatılan BMT Baş Assambleyasının Prezidenti Annalena Berbok da qlobal mənzil probleminə diqqəti yönəldərək əlçatan, təhlükəsiz və layiqli mənzil təminatının hər kəsin fundamental insan hüququ olduğunu vurğulayıb.
Açılış mərasimi yüksək səviyyəli qonaqların çıxışları ilə davam edib.
#Ümumdünya Şəhərsalma Forumu teqi istifadə olunub
- "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbir
- WUF13-ün üçüncü günündə diqqətçəkən məsələlər | Hansı açıqlamalar verildi? - Baku TV
- Münaqişədən sonra şəhərsalma barədə WUF13-də önəmli tədbir - Baku TV CANLI
- Haluk Levent WUF13 çərçivəsində konsert proqramı ilə çıxış etdi - Baku TV
- WUF13 Bakıya nə qazandıracaq: Qlobal investisiya, texnoloji üstünlük, yoxsa yeni siyasi nüfuz?
