İlham Əliyev Pakistanın Pəncab əyalətinin Baş nazirini qəbul etdi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Pakistanın Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Məryəm Nəvaz Şərif atasının – Məhəmməd Nəvaz Şərifin və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Pakistanın Baş nazirinə və Məhəmməd Nəvaz Şərifə çatdırmağı xahiş edib. Dövlət başçısı Ulu Öndər Heydər Əliyevlə Məhəmməd Nəvaz Şərif arasındakı dostluq münasibətlərini də xatırlayıb.
WUF13-də iştirak etməkdən məmnun olduğunu söyləyən qonaq buna görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib, tədbirin yüksək səviyyədə təşkil edildiyini və Bakıda şəhərsalma ilə bağlı qlobal məsələlərin müzakirə olunacağını vurğulayıb.
Bakının gözəlliyinin onu valeh etdiyini deyən Məryəm Nəvaz Şərif paytaxtımızın mədəniyyət və müasir şəhərsalmanın vəhdətinin gözəl nümunəsi olduğunu qeyd edib. Qonaq Bakıya səfəri çərçivəsində müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdiyini, onun xatirəsini hörmət və ehtiramla andığını bildirib.
Söhbət zamanı Azərbaycan ilə Pakistan arasında qardaşlıq münasibətlərinin və strateji əlaqələrin inkişafından məmnunluq ifadə edilib, siyasi, iqtisadi, diplomatik, müdafiə və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub, regionlararası əməkdaşlığın inkişaf etdiyi vurğulanıb, ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün böyük perspektivlərin olduğu bildirilib. Azərbaycanın "ASAN xidmət" təcrübəsinə əsasən Pakistanda da mərkəzlərin yaradılacağı qeyd edilib.
Dövlət başçısı bu gün Azərbaycan-Pakistan əlaqələrinin üçtərəfli – Azərbaycan-Türkiyə-Pakistan formatında da inkişaf etdiyini diqqətə çatdırıb.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV
- Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV
- İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV
- Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV
- Prezident İlham Əliyev Ağdamda müəssisənin açılışında iştirak edib - Baku TV
