"Arpaçayın sahilindəki Ələyəz kəndi təbiətin möcüzəsi idi" - Qərbi Azərbaycan Xronikası
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Verilişin budəfəki qonağı Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov olub.
O, doğulub boya-başa çatdığı Dərələyəz mahalı, Keşişkənd rayonu, Ələyəz kəndinin tarixindən, təbiətindən, maddi-mədəni abidələrindən, kənd sakinlərinin həyat tərzindən geniş söhbət açıb.
Bildirib ki, Arpaçayın sahilində yerləşən Ələyəz kəndi füsunkarlığına görə təbiətin bir möcüzəsi sayılıb. 175 evin mövcud olduğu, əsasən azərbaycanlıların yaşadığı bu kənddə bağçılıq, tütünçülük, üzümçülük, heyvandarlıq o dövrdə inkişaf edib.
Millət vəkilinin sözlərinə görə, Ələyəz ərazisindəki qədim alban kilsələri, istehkam-qala, digər dini və tarixi abidələr bu yaşayış məntəqəsinin qədimliyini özündə əks etdirib.
Deputat bildirib ki, ötən əsrin əvvəllərində olduğu kimi, 1988-ci il hadisələrində də ermənilər kənd sakinlərinə aqressiv münasibətləri ilə seçiliblər.
Onun sözlərinə görə, deportasiya dövründə ermənilər bəzi Ələyəz sakinlərini müxtəlif işgəncələrə, zorakılığa məruz qoyublar. Hətta bir neçə kənd sakininin sinəsi üstündə ocaq qalayaraq onları diri-diri yandırıblar.
Millət vəkili dayısıgilin ailəsinin də kəndi tərk edərkən ölüm təhlükəsi ilə üz-üzə qaldığını, son anda möcüzə sayəsində həyatda qaldıqlarını vurğulayıb.
#Yeni Azərbaycan Partiyası teqi istifadə olunub
- Cənubi Qafqazın ən böyük partiyası olan YAP barədə vacib detallar - Baku TV
- İlham Əliyevin çıxışındakı əsas mesajlar və Azərbaycanın yeni təhlükəsizlik xətti - YEKUNLAŞDIRAQ
- Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışına dair videoçarx paylaşılıb
- Millət vəkili Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyət istiqamətlərindən danışdı
- YAP-ın gələcək fəaliyyət istiqamətləri | Hikmət Babaoğlu diqqətçəkən məqamları vurğuladı - Baku TV
