Pleyeri seçin:

"Basarkeçər-İrəvan yolundan davamlı olaraq millətçi erməni silahlıları keçirdi"

01 mart 2024 399 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

“Qara çantamda “Bir gəncin manifesti” və Füzulinin “Seçilmiş əsərləri”ni götürdüm” adlı veriliş Göyçə mahalının Basarkeçər rayonunun Qanlı kənd sakini Rizvan Nəbiyevin həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq və məktəb illərinin kənddə, Göyçə gölünə tökülən kiçik çaylarda balıq tutmaqla keçdiyini, qışda xizəklə sürüşdüklərini bildirib, kəndin məhəllələri, tayfalarından danışıb, 1948-1953-cü illərdə azərbaycanlılar Qanlı kəndindən qovularkən onların örüşü, otlağı, əkin sahələrinin qonşu kəndlər arasında bölüşdürüldüyünü deyib:

“Kəndin adı soyqırımına məruz qalıb, 3 dəfə – Qanlı, Qamışlı və Torfavan olaraq dəyişdirilib. Kənddə bir neçə yerdə olan alban qəbiristanlığındakı xaçlar erməni xaçlarından tamamilə fərqlənirdi”.

Onun sözlərinə görə, Qanlı kəndindən ailəlikcə 1988-ci il dekabrın 3-də qovulublar:

“Proseslər 1988-ci ilin fevralından başladı, yayda rayondan kəndə gələn ərzaq məhsulları dayandırıldı. 1988-ci ilin payız ayında isə artıq kənd tam şəkildə blokadaya alındı. Kəndimiz Basarkeçər-İrəvan yolunun sağ tərəfində yerləşdiyindən buradan davamlı olaraq silahlı millətçi erməni dəstələri keçirdilər. Artıq noyabrın sonunda kəndə hücumlar oldu. Orada yandırılan evlər mənim gözümün qarşısındadır.

Biz dekabrın 3-də kəndi tərk etdik, 6 nəfərlik ailə kiçik yük maşınında gəldik. Soyuqlu dekabr günündə Gədəbəy rayonunun Saratovka kəndinə, oradan Oğuz rayonuna, nəhayət 1989-cu ilin mart ayından Bakıda məskunlaşdıq. Biz qaçqınlıq həyatından sonra Azərbaycan SSR-də də didərginlik həyatı yaşamışıq”.

23 saatlıq əməliyyat Azərbaycan tarixini necə dəyişdi? - Baku TV

23 saatlıq əməliyyat Azərbaycan tarixini necə dəyişdi? - Baku TV

Siyasət
20 sentyabr 2026 399 baxış
Dövlət Suverenliyi Gününün geosiyasi əhəmiyyəti - Baku TV

Dövlət Suverenliyi Gününün geosiyasi əhəmiyyəti - Baku TV

Siyasət
20 sentyabr 2026 399 baxış
Mehriban Əliyevadan Dövlət Suverenliyi Günü münasibətilə təbrik mesajı - Baku TV

Mehriban Əliyevadan Dövlət Suverenliyi Günü münasibətilə təbrik mesajı - Baku TV

Siyasət
20 sentyabr 2026 399 baxış
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - Baku TV

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - Baku TV

Siyasət
20 sentyabr 2026 399 baxış
XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV

XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV

Siyasət
20 sentyabr 2026 399 baxış
Azərbaycan dövlətçilik tarixinin ən şanlı günlərindən birini qürurla qeyd edir - Baku TV

Azərbaycan dövlətçilik tarixinin ən şanlı günlərindən birini qürurla qeyd edir - Baku TV

Siyasət
20 sentyabr 2026 399 baxış
30 illik qarşıdurmaya son qoyan əməliyyatın hərbi anatomiyası - HƏRBİ XRONİKA

30 illik qarşıdurmaya son qoyan əməliyyatın hərbi anatomiyası - HƏRBİ XRONİKA

Siyasət
19 sentyabr 2026 399 baxış
Ombudsman monitorinqlərin nəticəsini açıqladı | "İddialar əsassızdır" - Baku TV

Ombudsman monitorinqlərin nəticəsini açıqladı | "İddialar əsassızdır" - Baku TV

Siyasət
19 sentyabr 2026 399 baxış
ABŞ ictimaiyyətini narahat edən qərar | Ağ Evin qərarının pərdəarxası məqamları - Baku TV

ABŞ ictimaiyyətini narahat edən qərar | Ağ Evin qərarının pərdəarxası məqamları - Baku TV

Siyasət
19 sentyabr 2026 399 baxış
Nizami rayonunda keçirilən konfransda suverenliyin əhəmiyyətindən danışıldı - Baku TV

Nizami rayonunda keçirilən konfransda suverenliyin əhəmiyyətindən danışıldı - Baku TV

Siyasət
19 sentyabr 2026 399 baxış
Seçilmişlər
icon