Pleyeri seçin:

"Ermənistan İcmamızla danışıqlara nümayəndə təyin etməlidir" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

18 sentyabr 2023 505 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Verilişin budəfəki qonağı Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən olub.

O, doğulub boya-başa çatdığı Qafan rayonundan, babası ilə birlikdə gəzib-dolaşdığı kəndlərdən, ov ovlamasından, məktəb illərindən söhbət açıb, Qərbi Azərbaycanla bağlı uşaqlıq xatirələrini dilə gətirib. Bildirib ki, Qafan rayonunda yaşadığı illər, oradakı həyat tərzi indi də gözləri önündə canlanır və o xatirələr həyatında silinməz izlər buraxıb.

Ermənilərin azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasətindən danışan R.Həsən vurğulayıb ki, onların ailəsi, eləcə də Qafanda yaşayan azərbaycanlıların böyük əksəriyyəti qovulduqları üçün nə evlərini dəyişə biliblər, nə də əşyalarını götürə biliblər:

“Hər 4-5 ailəyə bir yük maşını ayırmışdılar ki, minin və buranı tərk edin. O yük maşınına da ailə üzvləri sığışırdı. Zəruri kiçik əşyalardan başqa heç nə götürmək mümkün olmadı. Çünki yerləşdirməyə yer yox idi. Evimiz də, əşyalarımız da orada qaldı. Qovulduğumuz üçün nə evimizi dəyişə bildik, nə də əşyalarımızın hamısını özümüzlə gətirə bildik. Sağ-salamat gəlib Azərbaycana çatmaq özü bir uğur sayılırdı. Çünki saqqallı ermənilər, quldur dəstələri pusqu qurur, azərbaycanlıların köç karvanının qarşısını kəsir, onları öldürürdülər”.

Banner
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

Siyasət
01 noyabr 2026 505 baxış
Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Siyasət
01 noyabr 2026 505 baxış
Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Siyasət
31 oktyabr 2026 505 baxış
Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Siyasət
31 oktyabr 2026 505 baxış
İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

Siyasət
30 oktyabr 2026 505 baxış
Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
30 oktyabr 2026 505 baxış
Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Siyasət
30 oktyabr 2026 505 baxış
Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Siyasət
30 oktyabr 2026 505 baxış
"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

Siyasət
30 oktyabr 2026 505 baxış
Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Siyasət
30 oktyabr 2026 505 baxış
Seçilmişlər
icon