Pleyeri seçin:

"Trampın ən mühüm töhfəsi nəqliyyat dəhlizi üzərində işdir" | Con Herbst

19 noyabr 2025 336 baxış

“ABŞ Prezidenti Donald Trampın Bakı və İrəvan arasında münasibətlərin normallaşması prosesinə ən əhəmiyyətli töhfəsi Azərbaycan və Ermənistanın müxtəlif formatlarda uzun illər müzakirə etdiyi TRIPP nəqliyyat dəhlizi üzərində işdir”.

Bunu ABŞ-nin Atlantik Şurasının Avrasiya Mərkəzinin baş direktoru Con Herbst noyabrın 18-də Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumu çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Tramp administrasiyası Cənubi Qafqazda davamlı sülhün qurulmasına kömək üçün siyasi iradə nümayiş etdirib:

“Məhz buna görə o, Prezident İlham Əliyevi və Baş nazir Nikol Paşinyanı avqust ayında Ağ Evə dəvət edib. Həmin görüşdə tərəflər bir sıra mühüm razılaşmalara nail olublar. Bu da Bakı və İrəvan arasında sülhün təmin edilməsinə dair səyləri gücləndirib. Bəlkə də Donald Trampın ən mühüm töhfəsi Azərbaycan və Ermənistanın artıq çoxdandır bəhs etdiyi nəqliyyat dəhlizi üzərində işdir”.

Ekspert qeyd edib ki, uzun müddət ən çətin məsələlərdən biri bu dəhlizə kimin nəzarət edəcəyi idi:

“Əgər ABŞ onun fəaliyyətinə görə məsuliyyəti öz üzərinə götürsə, eksterritoriallıq məsələsi ikinci plana keçir. Bu, Cənubi Qafqazda sülhün təmin edilməsinə böyük töhfədir”.

C.Herbst əlavə edib ki, söhbət dəhlizin özündən deyil, Azərbaycan, Ermənistan, Türkiyə və Orta Asiya ölkələri arasında ticarət və investisiyalara güclü təkan verə biləcək bir mexanizmdən gedir:

“Bu da malların Orta Dəhliz çərçivəsində Avropa bazarlarına çıxışını təmin edir. Bu, fikrimcə, Tramp komandasının təkcə Azərbaycanla deyil, həm də Ermənistan və Türkiyə ilə münasibətlərdə ən mühüm nailiyyətidir”.

Beynəlxalq mediaforumun ikinci günü hansı mövzular müzakirə olunub? | Özbəkistan - Baku TV

Beynəlxalq mediaforumun ikinci günü hansı mövzular müzakirə olunub? | Özbəkistan - Baku TV

Siyasət
26 avqust 2026 336 baxış
Real çöküş: sanksiyalar sərtləşir | İran üçün son hədd? - AKTUAL GÜNDƏM

Real çöküş: sanksiyalar sərtləşir | İran üçün son hədd? - AKTUAL GÜNDƏM

Siyasət
26 avqust 2026 336 baxış
Üç kəndin qaytarılması hansı prosesdən sonra mümkün ola bilər? - Baku TV

Üç kəndin qaytarılması hansı prosesdən sonra mümkün ola bilər? - Baku TV

Siyasət
26 avqust 2026 336 baxış
İslam sivilizasiyasının tarixi irsi və müasir inkişaf yolu diqqət mərkəzindədir - Baku TV

İslam sivilizasiyasının tarixi irsi və müasir inkişaf yolu diqqət mərkəzindədir - Baku TV

Siyasət
26 avqust 2026 336 baxış
Forum yeni tədqiqatlar və əməkdaşlıqlar üçün imkan yaradıb - Baku TV

Forum yeni tədqiqatlar və əməkdaşlıqlar üçün imkan yaradıb - Baku TV

Siyasət
26 avqust 2026 336 baxış
Özbək jurnalist: "Bakı-Daşkənd müttəfiqliyi dünyada mühüm güc mərkəzinə çevrilməlidir" - Baku TV

Özbək jurnalist: "Bakı-Daşkənd müttəfiqliyi dünyada mühüm güc mərkəzinə çevrilməlidir" - Baku TV

Siyasət
25 avqust 2026 336 baxış
Azərbaycan və Türkiyə birgə hərbi istehsalı genişləndirir - HƏRBİ XRONİKA

Azərbaycan və Türkiyə birgə hərbi istehsalı genişləndirir - HƏRBİ XRONİKA

Siyasət
25 avqust 2026 336 baxış
Beynəlxalq hava limanlarında viza veriləcək | Dövlət başçısının sərəncamının detalları - ANA XƏBƏR

Beynəlxalq hava limanlarında viza veriləcək | Dövlət başçısının sərəncamının detalları - ANA XƏBƏR

Siyasət
25 avqust 2026 336 baxış
Daşkənddə “İslam sivilizasiyası” beynəlxalq media forumu keçirilir - Baku TV

Daşkənddə “İslam sivilizasiyası” beynəlxalq media forumu keçirilir - Baku TV

Siyasət
25 avqust 2026 336 baxış
Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi hansı sahələr hesabına artırıla bilər? - Baku TV

Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi hansı sahələr hesabına artırıla bilər? - Baku TV

Siyasət
25 avqust 2026 336 baxış
Seçilmişlər
icon