Siyasət
Pleyeri seçin:
Qurani-Kərimin yandırılması müzakirə olunub
“İslam dövlətləri Qurana qarşı hücumlarla bağlı ortaq mövqe sərgiləməlidir”.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, İslam ölkələri arasında bu mövzu ilə bağlı təmaslar davam edir: “Qurani-Kərimə qarşı hücumlarla bağlı mövqeyimizi tez-tez ortaya qoyuruq. İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin xarici işlər nazirləri bu gün onlayn toplantı keçirəcək. Bu məsələni geniş müzakirə edəcəyik. Biz bu məsələ ilə bağlı ortaq mövqe ortaya qoymalı, koordinasiyalı davranmalıyıq”.
Kopyalandı
Seçilmişlər