Pleyeri seçin:

Qvineya-Bisau Respublikasının nümayəndə heyəti İlham Əliyevin qəbulunda

02 dekabr 2024 298 baxış

Prezident İlham Əliyev dekabrın 2-də Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı bu yaxınlarda Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo ilə görüşünü məmnunluqla xatırlayaraq əlaqələrimizin perspektivləri və əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından bu görüşün çox səmərəli olduğunu deyib.

İlham Əliyev iqtisadiyyat, o cümlədən ticarət və investisiya sahələrində əməkdaşlığın qurulmasının siyasi əlaqələrin də möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu deyib.

Xoş sözlərə görə minnətdarlığını bildirən Karlos Pinto Pereira Qvineya-Bisau Prezidentinin Azərbaycanla ikitərəfli münasibətlərin möhkəmlənməsi istəyini ifadə edərək rəhbəri olduğu nümayəndə heyətinin ölkəmizə bu məqsədlə gəldiyini vurğulayıb.

Söhbət zamanı təhsil sahəsində əməkdaşlığa toxunulub, Azərbaycan tərəfindən ölkəmizin ali təhsil müəssisələrində Qvineya-Bisaudan olan tələbələrə xüsusilə mühəndislik, neft-mühəndisliyi və digər sahələrdə təhsil təqaüdlərinin ayrılması məsələsi qeyd olunub.

Hələ sovetlər dövründə Qvineya-Bisaudan olan çoxlu sayda tələbənin müxtəlif sahələr üzrə Azərbaycanda təhsil aldıqları məmnunluqla xatırlanıb, hazırda həmin şəxslərin Qvineya-Bisau hökumətində təmsil olunduqları bildirilib, həmçinin bugünkü nümayəndə heyətinin tərkibində olan nazirlərin və digər rəhbər şəxslərin də vaxtilə Azərbaycanda təhsil aldıqları vurğulanıb.

Azərbaycanın “ASAN xidmət” təcrübəsinin Qvineya-Bisau üçün maraqlı olduğu qeyd olunub. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın dövlət orqanları və özəl qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin vahid məkanda təmin edilməsi təcrübəsi olan “ASAN xidmət” BMT tərəfindən də yüksək qiymətləndirilib.

Azərbaycan Prezidenti ölkəmizin bu sahədə öz təcrübəsini Qvineya-Bisau ilə bölüşməyə hazır olduğunu qeyd edib.

Prezident İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak etdi - Baku TV

Prezident İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak etdi - Baku TV

Siyasət
03 avqust 2026 298 baxış
Kartdan-karta köçürmələrə limit qoyuldu | Təhsil tələbə krediti barədə vacib xəbər - YENİ BİR SƏHƏR

Kartdan-karta köçürmələrə limit qoyuldu | Təhsil tələbə krediti barədə vacib xəbər - YENİ BİR SƏHƏR

Siyasət
03 avqust 2026 298 baxış
Paşinyan Putinə meydan oxudu: Avropa İttifaqı Rusiyanı əvəz edə biləcəkmi? - YEKUNLAŞDIRAQ

Paşinyan Putinə meydan oxudu: Avropa İttifaqı Rusiyanı əvəz edə biləcəkmi? - YEKUNLAŞDIRAQ

Siyasət
02 avqust 2026 298 baxış
"Azərbaycan dilinin qoruyucuları bizik" | Prezident İlham Əliyev - Baku TV

"Azərbaycan dilinin qoruyucuları bizik" | Prezident İlham Əliyev - Baku TV

Siyasət
01 avqust 2026 298 baxış
"Azərbaycan dili zəngin dildir" | Prezident İlham Əliyev - Baku TV

"Azərbaycan dili zəngin dildir" | Prezident İlham Əliyev - Baku TV

Siyasət
01 avqust 2026 298 baxış
"Bizim dilimiz qədimdir, 50 milyondan çox insan üçün ana dilidir" | İlham Əliyev - Baku TV

"Bizim dilimiz qədimdir, 50 milyondan çox insan üçün ana dilidir" | İlham Əliyev - Baku TV

Siyasət
01 avqust 2026 298 baxış
Prezident İlham Əliyev Qırğızıstanla ikitərəfli əlaqələrin uğurlu inkişafından danışdı - Baku TV

Prezident İlham Əliyev Qırğızıstanla ikitərəfli əlaqələrin uğurlu inkişafından danışdı - Baku TV

Siyasət
01 avqust 2026 298 baxış
Azərbaycan və Mərkəzi Asiya ölkələri bir geosiyasi məkanda - Baku TV

Azərbaycan və Mərkəzi Asiya ölkələri bir geosiyasi məkanda - Baku TV

Siyasət
01 avqust 2026 298 baxış
Azərbaycan XİN Yaponiya və Əlcəzairə başsağlığı ünvanladı - Baku TV

Azərbaycan XİN Yaponiya və Əlcəzairə başsağlığı ünvanladı - Baku TV

Siyasət
01 avqust 2026 298 baxış
Bakı-Bişkek münasibətlərində yeni mərhələ - Baku TV

Bakı-Bişkek münasibətlərində yeni mərhələ - Baku TV

Siyasət
01 avqust 2026 298 baxış
Seçilmişlər
icon