Regional gücdən qlobal oyunçuya | Azərbaycan-Suriya münasibətlərində yeni mərhələ
Dünyanın geosiyasi koordinatları dəyişdikcə bir çox dövlətlər bu prosesləri yalnız müşahidə edir, bəziləri isə onlardan strateji fürsətlər yaradır.
Azərbaycan ikinci kateqoriyadandır. Suriya keçid hökumətinin rəhbəri Əhməd Əl Şaraanın Bakıya səfəri məhz bu strateji yanaşmanın canlı sübutudur. Bu səfəri diplomatik jest kimi yox, Azərbaycan-Suriya münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmək lazımdır.
2025-ci ilin əvvəlindən başlayaraq Azərbaycan Suriyadakı dəyişikliklərə çevik reaksiya verərək bu ölkənin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən ilk dövlətlərdən biri olub. Bakı artıq yalnız müşahidəçi deyil, regionun yenidən qurulmasında iştirakçı rolundadır.
Prezident İlham Əliyevin siyasi kursu nəticəsində Azərbaycan Yaxın Şərqdə etibarlı tərəfdaş kimi qəbul olunur. Bu strategiyanın mərkəzində isə enerji, diplomatiya və təhlükəsizlik sahələrini birləşdirən kompleks yanaşma dayanır.
Milli Məclisin deputatı Ceyhun Məmmədovun sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi siyasət Prezident İlham Əliyevi müsəlman dünyasında lider fiqurlardan birinə çevirib:
“Azərbaycan ilk dəfə olaraq Suriyada səfirliyini açdı. Əvvəllər, Bəşər Əsədin prezidentliyi dövründə Suriya bütün platformalarda Ermənistanı dəstəklədiyini açıq şəkildə bildirirdi. İndi isə yeni hökumət mövqeyini dəyişib. Biz deyə bilərik ki, Prezidentin siyasəti düşməni dosta çevirir”.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyevin HİK-in VIII qurultayının iştirakçılarına müraciəti səsləndirildi - Baku TV
- Aİ ölkələrindən sülhə dəstək | Zelenskinin Berlin diplomatiyası nəyə hesablanıb? - YENİ BİR SƏHƏR
- Türkiyə Ermənistanla sərhədləri hansı şərtlə açacaq? | İrəvana vacib mesaj - BİZDƏN NƏ DANIŞIRLAR?
- İlham Əliyevdən Sidneydəki terror aktı ilə bağlı başsağlığı - Baku TV
- İlham Əliyevdən Sidneydəki terror aktı ilə bağlı başsağlığı - Baku TV CANLI
