Pleyeri seçin:

Rus-erməni işğalının qurbanına çevrilən mahal - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

30 avqust 2023 487 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində Azərbaycanın zəngin tarixi keçmişə malik olan, bölgə üçün strateji əhəmiyyət daşıyan məkanlarından biri – Zəngəzur mahalı haqqında süjet hazırlanıb.

“Rus-erməni işğalının qurbanına çevrilən mahal” adlı süjetdə ermənilərin onilliklər boyu regionda gedən mürəkkəb siyasi proseslərdən istifadə edərək əvvəlcə Azərbaycan torpaqlarında kiçik Ermənistan yaradıb, sonra onun ərazisini havadarlarının hesabına böyütdükləri bildirilir.

Qeyd olunur ki, indiki Ermənistanın cənub hissəsini və Azərbaycan ərazilərinin kiçik bir hissəsini əhatə edən tarixi Zəngəzur mahalı Qafan, Gorus, Qarakilsə (Sisian), Meğri (Mehri) Zəngilan, Qubadlı və Laçının bir hissəsini əhatə edir:

“İnzibati-ərazi vahidi kimi, Zəngəzur XIX əsrin birinci qərinəsinin sonunda meydana çıxıb. XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 türk, 91 kürd və 81 erməni kəndi olub. 1905–1907 və 1914–1920-ci illərdə erməni daşnaklarının törətdiyi qırğınlar nəticəsində bu mahalda çox sayda müsəlman həlak olub. Həmin illərdə Zəngəzurda 115 kənd yer üzündən silinib, 4472 qadın və uşaq ermənilər tərəfindən vəhşiliklə qətlə yetirilib”.

Diqqətə çatdırılır ki, Zəngəzur ərazisinin böyük bir qismi 1918-1920-ci illərdə erməni silahlı qüvvələri tərəfindən işğal edilib, yalnız 1921-ci ildə tarixi qəzanın qərb hissəsində Ermənistanın inzibati-ərazisində daxil edilən Zəngəzur qəzası yaradılıb:

“Azərbaycan SSR-in tərkibində qalan Zəngəzurun Şərq hissəsi Qubadlı qəzasına çevrilib. İnzibati ərazi bölgüsünə görə, Şərqi Zəngəzurun ərazisi Azərbaycanın Laçın, Qubadlı, Zəngilan rayonlarını və Qərbi Zəngəzur isə hazırda Ermənistanın Sünik vilayətinin ərazisinə daxil olan keçmiş Sisian, Qafan, Gorus və Meğri rayonlarının ərazilərini əhatə edir. Bununla da müasir Azərbaycan dövləti Zəngəzur dəhlizi vasitəsilə iki hissəyə ayrılır. Tarixi Zəngəzurun Azərbaycan sərhədləri içərisində qalan hissəsi Şərqi Zəngəzur, indiki Ermənistan dövləti ərazisində qalan hissəsi isə Qərbi Zəngəzur adlanır.

1988-ci ildə təkcə Zəngəzurda deyil, indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovuldular. Kütləvi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri məcburiyyət qarşısında qalıb Zəngəzuru tərk etdikdən sonra, burada onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri erməni vandalları tərəfindən dağıdılaraq məhv edildi”.

Süjetin sonunda Azərbaycanın tarixi mahalı olan Zəngəzurun da erməni işğalçılıq siyasətinin qurbanına çevrildiyi, bu gün Qərbi Azərbaycanda qalan Zəngəzurun tarixi Azərbaycan torpağı olduğu, xalqımıza qarşı həyata keçirilən tarixi ədalətsizliyin sona çatacağı, vaxt gələcək azərbaycanlıların yenidən tarixi torpaqlarına qayıdacağı vurğulanır.

Banner
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

Siyasət
01 noyabr 2026 487 baxış
Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Siyasət
01 noyabr 2026 487 baxış
Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Siyasət
31 oktyabr 2026 487 baxış
Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Siyasət
31 oktyabr 2026 487 baxış
İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

Siyasət
30 oktyabr 2026 487 baxış
Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
30 oktyabr 2026 487 baxış
Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Siyasət
30 oktyabr 2026 487 baxış
Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Siyasət
30 oktyabr 2026 487 baxış
"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

Siyasət
30 oktyabr 2026 487 baxış
Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Siyasət
30 oktyabr 2026 487 baxış
Seçilmişlər
icon