Rusiya həm Azərbaycan, həm də Ermənistanla faydalı əməkdaşlıq edir | Peskov
Rusiya həm Azərbaycan, həm də Ermənistanla bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq edir və Moskva bu əlaqələri gələcəkdə davam etdirmək niyyətindədir.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə bildirib.
O, ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin Cənubi Qafqaza səfərini və bölgə ölkələri ilə imzalanan yeni layihələri şərh edərkən Rusiyanın mövqeyini açıqlayıb:
"Azərbaycan və Ermənistan suveren dövlətlərdir, ona görə də onlar ABŞ də daxil olmaqla istənilən ölkə ilə münasibət qurmaqda tam hüquqa sahibdirlər. Bizim həm Bakı, həm də İrəvanla bütün mümkün sahələri əhatə edən nəhəng ikitərəfli münasibətlər kompleksimiz var. Bura qarşılıqlı faydalı ticari-iqtisadi əməkdaşlıq, investisiyalar və mədəniyyət sahəsindəki əlaqələr daxildir. Əlbəttə ki, biz tərəfdaşlarımızla bu münasibətləri inkişaf etdirmək niyyətindəyik ki, bu, hər iki tərəf üçün faydalı olsun".
#Rusiya teqi istifadə olunub
- Moskvanın İrəvandakı əsas nümayəndəsi ilə bağlı diqqətçəkən iddia yayılıb - ANA XƏBƏR
- “Tramp yolu” Ermənistan-Rusiya münasibətlərində yeni ziddiyyətləri yaradır? - AKTUAL GÜNDƏM
- İrəvan Rusiya qazından imtina edib Azərbaycana üz tutacaq? - Baku TV CANLI
- Təhlükəli gərginlik: ABŞ təzyiqi artırır, Rusiya geri addım atmır - AKTUAL GÜNDƏM
- Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV
