Pleyeri seçin:

Rusiya münaqişə zamanı hansı planı irəli sürmüşdü?

03 dekabr 2025 549 baxış

Rusiya 2014-2015-ci illərdə Azərbaycan və Ermənistan prezidentlərinə keçmiş Qarabağ münaqişəsinin həlli üzrə ilk mərhələ bəyannaməsi layihəsini təqdim edib.

Bu, Ermənistan hökumətinin dekabrın 2-də yayımladığı materiallar arasında 2020-ci ilə qədər münaqişənin nizamlanması üzrə aparılan danışıqlar prosesinin məzmununu əks etdirən "Rusiyanın təklif etdiyi paket" adlı sənəddə yer alır.

Bəyannaməyə əsasən, sülhün əldə olunması üçün tərəflər BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüququn digər prinsiplərinə sadiqliklərini təsdiqləyir.

Sənəddə təklif edilir ki, Ermənistan qoşunlarının təmas xətti və bəzi işğal olunmuş ərazilərdən mərhələli şəkildə çıxarılması həyata keçirilsin, bölgədə vəziyyətin sabitləşməsi üçün ATƏT-in Minsk qrupu formatında sülhməramlı missiya yerləşdirilsin, tərəflər bir-birinə qarşı güc tətbiq etməmək və danışıqların davam etdirilməsi öhdəliyi götürsünlər.

Bəyannamə layihəsində kommunikasiyalar və iqtisadi əlaqələrin bərpası, humanitar məsələlərin həlli, qaçqın və məcburi köçkünlərin geri qayıtması kimi addımların yerinə yetirilməsi nəzərdə tutulur. "Qarabağın gələcək statusunun müəyyən olunması" isə tərəflərin razılaşdırdığı siyasi prosesinin nəticəsi kimi təsvir edilir.

Rusiyanın təklifinə ABŞ və Fransa da rəy verərək, Minsk qrupunun həmsədrləri kimi bu təşəbbüsü dəstəkləyiblər.

Qeyd edək ki, Azərbaycan bütün münaqişə boyu davam edən danışıqlar prosesində ölkəmizin ərazi bütövlüyü və suverenliyi əleyhinə yönəlmiş heç bir təkliflə razılaşmayıb. Eləcə də Rusiyanın sözügedən təkliflər paketi ilə.

Bütün bu təkliflər Bakıda status adı altında Azərbaycan ərazisində gələcəkdə partladılmaq üçün hazırlanmış mina kimi qiymətləndirilib və haqlı olaraq heç vaxt da qəbul görməyib. Prinsipial və dəyişməz mövqe sonda haqqımız olanı geri almağa zəmin yaratdı.

Artıq münaqişə keçmişdə qalıb, Azərbaycan bütün ərazilərində bütövlük və suverenliyini bərpa edib. Münaqişənin həlsiz qalmasının əsas təşəbbüskalarından olan ATƏT-in Minsk qrupu ləğv edilib, işğalçı Ermənistan Qarabağ da daxil Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur edilib.

Banner
Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Siyasət
10 noyabr 2026 549 baxış
Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Siyasət
10 noyabr 2026 549 baxış
“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

Siyasət
10 noyabr 2026 549 baxış
“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

Siyasət
10 noyabr 2026 549 baxış
“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

Siyasət
10 noyabr 2026 549 baxış
Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Siyasət
10 noyabr 2026 549 baxış
İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

Siyasət
10 noyabr 2026 549 baxış
Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Siyasət
10 noyabr 2026 549 baxış
1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

Siyasət
09 noyabr 2026 549 baxış
Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
09 noyabr 2026 549 baxış
Seçilmişlər
icon