Pleyeri seçin:

Rusiya zəifləyir, İran isə narahatdır ki... | İran XİN başçısının Ermənistana səfərinin səbəbi

26 mart 2025 278 baxış

“Ermənistanın ərazi bütövlüyünü dəstəkləyən İranın Azərbaycanı Naxçıvana birləşdirən yolla bağlı çox aydın mövqeyi var. İranın eskalasiya riskindən narahatlığı da məhz bu mövzudadır”.

Bu sözləri rusiyalı şərqşünas Viktor Nadein-Rayevski İran xarici işlər naziri Abbas Əraqçinin Ermənistana səfərini şərh edərkən deyib.

O bildirib ki, A.Əraqçinin səfəri zamanı həm regional, həm də geosiyasi proseslərə aid genişspektrli məsələlər müzakirə olunub:

“Maraqlıdır ki, İran tərəfinin kifayət qədər tez-tez istinad etdiyi regional “3+3” formatı məsələsi gündəmə gətirilməyib. Düşünürəm ki, buna səbəb səfərdə əsas diqqətin İrəvan-Bakı münasibətləri məsələsi olmasıdır”.

O hesab edir ki, İran Ermənistanla daha sıx xarici siyasət koordinasiyasını həyata keçirmək istəyir:

“Lakin Ermənistanın Qərblə münasibətləri buna müəyyən qədər mane olub. Baxmayaraq ki, ABŞ-nin yeni prezidentinin administrasiyası Cənubi Qafqazda fərqli siyasət yürüdür və bu, Ermənistanı Rusiya və İranla münasibətlərinə yenidən baxmağa vadar edir. Burada problem yeni administrasiyanın kəskin anti-İran mövqeyində olmasıdır.

Ümumiyyətlə, Ermənistan-İran münasibətlərinin inkişafı geosiyasi mürəkkəbliyi olan bir prosesdir, lakin bu, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərində problemlər yaşayan Ermənistan üçün çox vacibdir”.

Onun fikrincə, son illər İran vaxtaşırı regiona diqqətəlayiq səfərlər edir və bütün bunlar İranın Cənubi Qafqazda təsirini dərinləşdirməyə yönəlib:

“Bu, həm də Rusiyanın mövqelərinin zəifləməsi və Türkiyənin daha da güclənməsi ilə bağlıdır. Buna görə də İran imkan daxilində təşəbbüslər göstərir”.

Azərbaycanda hər iki dəhliz üzrə tikinti layihələri başa çatdırılıb | Prezident - Baku TV

Azərbaycanda hər iki dəhliz üzrə tikinti layihələri başa çatdırılıb | Prezident - Baku TV

Siyasət
12 mart 2026 278 baxış
Hikmət Hacıyev enerji təhlükəsizliyindən bəhs etdi - Baku TV

Hikmət Hacıyev enerji təhlükəsizliyindən bəhs etdi - Baku TV

Siyasət
12 mart 2026 278 baxış
Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunda - Baku TV

Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunda - Baku TV

Siyasət
12 mart 2026 278 baxış
Prezidentin köməkçisi XIII Qlobal Bakı Forumunda çıxış edib

Prezidentin köməkçisi XIII Qlobal Bakı Forumunda çıxış edib

Siyasət
12 mart 2026 278 baxış
Azərbaycan enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcək | Prezident - Baku TV

Azərbaycan enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcək | Prezident - Baku TV

Siyasət
12 mart 2026 278 baxış
İrana humanitar yardım aparan Rusiya təyyarəsi Lənkəranda eniş edib - Baku TV

İrana humanitar yardım aparan Rusiya təyyarəsi Lənkəranda eniş edib - Baku TV

Siyasət
12 mart 2026 278 baxış
Trampın “bir saata məhv” hədəsinə Laricanidən “yarım saata qaranlıq” cavabı - AKTUAL GÜNDƏM

Trampın “bir saata məhv” hədəsinə Laricanidən “yarım saata qaranlıq” cavabı - AKTUAL GÜNDƏM

Siyasət
12 mart 2026 278 baxış
Diqqətlər Bakıda | "Azərbaycan hazırda geosiyasi müzakirələrin mərkəzində yerləşir" - Baku TV

Diqqətlər Bakıda | "Azərbaycan hazırda geosiyasi müzakirələrin mərkəzində yerləşir" - Baku TV

Siyasət
12 mart 2026 278 baxış
“Bu siyasi razılaşma düzgün istiqamətdə atılmış addımdır” | Şarl Mişel

“Bu siyasi razılaşma düzgün istiqamətdə atılmış addımdır” | Şarl Mişel

Siyasət
12 mart 2026 278 baxış
Azərbaycanın müharibə aparanlarla paylaşa biləcəyi daha bir təcrübə - Baku TV

Azərbaycanın müharibə aparanlarla paylaşa biləcəyi daha bir təcrübə - Baku TV

Siyasət
12 mart 2026 278 baxış
Seçilmişlər
icon