Rusiyalı politoloq ABŞ-nin anti-Azərbaycan siyasətini şərh etdi
“ABŞ-nin Azərbaycana qarşı guya dini etiqad azadlığının və ya tolerantlığın ciddi şəkildə pozulması ilə bağlı iddiaları tamamilə saxtadır. Çünki Azərbaycan multikulturalizm siyasəti ilə dini etiqad azadlığının təmin edilməsi, bütün etnik qrupların nümayəndələrinin öz adət-ənənələri çərçivəsində yaşaması imkanı baxımından başqa ölkələrə nümunə ola bilər”.
Bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Son vaxtlar Azərbaycana tez-tez baş verən “hücumlar” ABŞ-yə potensial sanksiyaların tətbiqi üçün əsas kimi lazımdır. ABŞ-nin Bakıya təzyiqini artıran bir neçə hal üst-üstə düşdü. Birincisi, ABŞ-də güclü erməni lobbisinin, ermənipərəst sistemin olmasıdır. Bu lobbi dövlət orqanlarında fəaliyyət göstərir. ABŞ-də çoxlu sayda erməni iş adamı yaşayır, erməni lobbisi ilə əlaqəli bir çox KİV var.
ABŞ-dəki bu ermənipərəst sistem nə Azərbaycanın güclənməsi sayəsində Cənubi Qafqazda baş verən geosiyasi dəyişiklikləri, nə də Azərbaycanın nəinki regionda, hətta dünyada rolunun artması və eləcə də Qarabağ münaqişəsinin bitməsi ilə razılaşa bilir. Son nəticədə Azərbaycanla Ermənistan arasında yaxınlaşan sülh onların xoşuna gəlmir.
Rusiya ilə Qərb arasında müharibə var. Bu müharibədə ABŞ başqa vasitələrlə yanaşı, Rusiyanın müttəfiqlərindən də ona qarşı istifadə etməyə çalışır. Cənubi Qafqazda Ermənistan sabitliyi pozmaq vasitəsi kimi istifadə olunur. Bu, qərbyönlü siyasətçi Nikol Paşinyan hakimiyyətə gəldikdən və İkinci Qarabağ müharibəsində Ermənistanın tam məğlubiyyətindən sonra yaranıb”, – deyə o bildirib.
#Rusiya teqi istifadə olunub
- Rusiya lideri Avropa rəsmilərinin Moskva ilə müharibə təhlükəsi haqqında açıqlamalarını sərt tənqid edib
- Putin Avropanın müharibə xəbərdarlıqlarına nə cavab verdi? - Baku TV CANLI
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
- Lavrovun səfəri gözləntiləri doğrultdu? - Rusiya, İran və ABŞ arasında nə baş verir? - Baku TV
- Zəngəzur dəhlizinin gələcəyi ilə bağlı sensasiyalı ehtimal! - AKTUAL GÜNDƏM
