Rusiyanı qıcıqlandıran nədir? | Ölkəmizə qarşı növbəti qarayaxma kampaniyası
Rusiya təbliğatı sərt anti-Azərbaycan ritorikasının yeni dalğasını başladıb.
Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi məlumat yayıb.
Məlumatda deyilir ki, Kremlin təbliğatçıları Azərbaycanın ünvanına “Qərbə xəyanət” ittihamlarından tutmuş birbaşa müharibə hədələrinə qədər ən müxtəlif hədyanlar səsləndirirlər.
Mərkəz qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın Ukraynanın Odessa vilayətindəki SOCAR-ın neft bazasına və Azərbaycan qazını Ukraynaya nəql edən qaz-kompressor stansiyasına zərbələr endirdikdən sonra Ukraynaya humanitar yardım üçün 2 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılması ilə bağlı imzaladığı sərəncamla bağlı bəyanatı olub. Vəsait Azərbaycanın elektrik avadanlıqlarının alınıb Ukraynaya çatdırılmasına sərf olunacaq.
Məlumatda vurğulanıb ki, Kreml mediasının bu cür isterik reaksiyası Rusiyanın Cənubi Qafqazda təsir imkanlarını itirdiyini başa düşməsi ilə izah olunur. “Moskva artıq Azərbaycana siyasi-iqtisadi iradəsini diktə edə bilməz. Ona görə də təbliğat real təzyiq rıçaqlarının itirilməsini təhdidlər, faktların təhrif edilməsi və yerli rus auditoriyası üçün şişirdilmiş hərbi ritorika ilə kompensasiya etməyə çalışır”, – mərkəz bildirib.
Mərkəz həmçinin qeyd edib ki, Bakı ardıcıl olaraq Rusiyanın təsir dairəsindən uzaqlaşma siyasəti yürüdür və Kremlin təbliğatına qarşı mübarizəni gücləndirir.
#Rusiya teqi istifadə olunub
- İrana hücum Putinin hərb maşınına ciddi ziyan vurdu
- “Drujba” neft kəməri işə düşəcək?
- İlham Əliyev Rusiya rəsmisini qəbul etdi | İrana qarşı plan | Hörmüzdə qalmaqal - YENİ BİR SƏHƏR
- İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul etdi | Nələr müzakirə edildi? - Baku TV
- Putin Xameneinin ölümü ilə bağlı Pezeşkiana başsağlığı verdi - Baku TV
