Pleyeri seçin:

Rza Pəhləvi İran cəmiyyəti tərəfindən qəbul edilən fiqur deyil | Siyasi ekspert

14 yanvar 2026 1025 baxış

“Aydın məsələdir ki, ABŞ İran şahının oğlu Rza Pəhləvidən istifadə etməyə çalışır. Burada söhbət Donald Trampın komandasındakı bəzi fiqurlardan, xüsusilə yəhudi lobbisinin ultrasağ qanadında yer alan şəxslərdən, hazırkı İsrail hökumətindən və Benyamin Netanyahunun komandasından gedir. Onlar R.Pəhləvidən hansısa formada faydalanmaq niyyətindədirlər”.

Bu sözləri “Axar.Az”a açıqlamasında siyasi ekspert Turab Rzayev ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və İran şahının oğlu Rza Pəhləvi arasında görüş olması barədə yayılan məlumatı şərh edərkən deyib.

Onun sözlərinə görə, Rza Pəhləvi İran cəmiyyətinin böyük əksəriyyəti tərəfindən qəbul edilən fiqur deyil:

“Onu cəmi əhalinin 5-7 faizi dəstəkləyir. Pəhləvilərin hakimiyyəti çox da uzaq keçmişdə deyil. Həmin dövrdə baş verən qanlı qırğınlar, korrupsiya və əxlaqsızlıq hələ də yaddaşlardadır. Bu səbəbdən onların yenidən hakimiyyətə qayıtması real görünmür”.

Ekspert bildirib ki, ABŞ və İsrail mövcud vəziyyətdə hər vasitədən istifadə etməyə çalışır:

“Rza Pəhləvi daha əvvəl İsrailə səfər edib, Pəhləvilər ailəsi İsraillə qohumluq əlaqələri qurub. İndi bu faktordan da siyasi məqsədlər üçün istifadə etmək niyyətindədirlər.

Oxşar ssenari daha əvvəl Əfqanıstanda tətbiq edilib, lakin nəticə verməyib. ABŞ-nin Əfqanıstanı işğalı zamanı keçmiş şahın törəmələri önə çıxarılsa da, onların cəmiyyətdə real dəstəyi olmadı və ölkə yenidən “Taliban”a döndü. İranda da şahın yalnız müvəqqəti fiqur kimi təqdim edilməsi mümkündür, lakin onun real siyasi dayağı yoxdur”.

Banner
“Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV

“Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV

Siyasət
06 noyabr 2026 1025 baxış
"Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV

"Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV

Siyasət
06 noyabr 2026 1025 baxış
"Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV

"Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV

Siyasət
06 noyabr 2026 1025 baxış
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV

Siyasət
06 noyabr 2026 1025 baxış
Naxçıvanla bağlı yeni qərar: Bakıdakı daimi təmsilçilik ləğv edildi - Baku TV

Naxçıvanla bağlı yeni qərar: Bakıdakı daimi təmsilçilik ləğv edildi - Baku TV

Siyasət
06 noyabr 2026 1025 baxış
Zəngəzur dəhlizi risk altındadır

Zəngəzur dəhlizi risk altındadır

Siyasət
06 noyabr 2026 1025 baxış
“Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV

“Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV

Siyasət
06 noyabr 2026 1025 baxış
Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV

Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV

Siyasət
06 noyabr 2026 1025 baxış
Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinin birinci mərhələsinin açılışı olub

Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinin birinci mərhələsinin açılışı olub

Siyasət
06 noyabr 2026 1025 baxış
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür | Trampdan mühüm açıqlama - YENİ BİR SƏHƏR

Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür | Trampdan mühüm açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
06 noyabr 2026 1025 baxış
Seçilmişlər
icon