Şahin Mustafayevin Xidmətindən Azərbaycan və Ermənistan sərhədi ilə bağlı məlumat
Azərbaycanla Ermənistan arasında sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il mayın 6-dək 40 sərhəd dirəyi quraşdırılıb.
Bu barədə Baş nazirin müavini Şahin Mustafayevin Xidməti məlumat yayıb.
Bildirilib ki, iki dövlətin ekspert qruplarının işi davam edir.
Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşünün yekunları üzrə əldə edilən razılaşmalara müvafiq olaraq, 2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan və Ermənistan arasında sərhəddəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb.