Saxlanılan hərbçilərin mübadilə məsələsi müzakirə olundu
“Biz saxlanılanlar məsələsini də müzakirə etdik. Liderlər alicənablıq anlayışına sadiqliklərini bir daha təsdiqlədilər və bununla da ehtiyatsızlıqdan qarşı tərəfə keçən əsgərlərin azad olunması asanlaşacaq”.
Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında deyib.
“Mən hər iki tərəfdən saxlanılanların azad edilməsinin tərəfdarı olduğumu bildirdim. İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi və minatəmizləmə üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyi də müzakirə olundu. Mən bir daha tərəfləri mümkün qədər çox məlumat mübadiləsi aparmağa çağırdım”, – deyə o bildirib.
#Avropa İttifaqı teqi istifadə olunub
- Yunanıstanda fermerlərin gecikən Aİ subsidiyalarına etirazı
- Avropa İttifaqının ikili standartları Cənubi Qafqazda sülhü necə pozur? - AKTUAL GÜNDƏM
- Viktor Orban Avropa ölkələrinə xəbərdarlıq edib
- Avropa İttifaqı Gürcüstana şərt qoydu
- Avropadan Ukraynaya rekord məbləğdə yardım | Müharibə bitəcək, yoxsa? - Baku TV
