Səbirsizliklə gözləyirik ki... | Marko Rubiodan ABŞ-Azərbaycan əlaqələri barədə açıqlama
ABŞ-nin dövlət katibi Marko Rubio Amerika xalqı adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
Dövlət Departamentinin yaydığı açıqlamada Marko Rubio bildirib ki, ABŞ Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir.
“Birləşmiş Ştatlar Cənubi Qafqazın çiçəklənməsi üçün son dərəcə vacib olan regionda sülh və sabitliyin təşviqi səylərini dəstəkləməkdə davam edir. Biz bu il Azərbaycan və Ermənistanın sülh müqaviləsinin mətni üzrə əldə etdiyi razılaşmanı qeyd edirik. Biz həmçinin Azərbaycanın enerji təchizatçısı və nəqliyyat qovşağı kimi artan əhəmiyyətini yüksək qiymətləndiririk”, ‒ deyə M.Rubio vurğulayıb.
Onun sözlərinə görə, son 33 il ərzində qurulmuş ABŞ-Azərbaycan tərəfdaşlığı təhlükəsizlik, enerji və iqtisadi sahədə ümumi maraqları inkişaf etdirməyə davam edir.
“Biz əməkdaşlığımızı dərinləşdirməyə, Azərbaycan və bütün region üçün dinc, firavan gələcəyi təmin etmək üçün birgə işləməyi səbirsizliklə gözləyirik”, ‒ ABŞ-nin dövlət katibinin Azərbaycan xalqına təbrik məktubunda belə deyilir.
#Marko Rubio teqi istifadə olunub
