“Müharibəni bitirmək istəməsələr...” | Marko Rubio müsahibə verdi
“ABŞ Ukraynadakı münaqişənin nizamlanması üzərində işləyir, lakin onun başa çatdırılması ilə bağlı yekun qərar Rusiya və Ukrayna tərəfindən qəbul olunmalıdır”.
Bunu ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində deyib.
“Son nəticədə qərarı onlar verəcəklər. Əgər müharibəni bitirmək istəməsələr, o zaman müharibə davam edəcək. Amma biz onun sona çatması üçün cəhd göstərəcəyik”, – deyə Rubio bildirib.
Onun sözlərinə görə, Vaşinqton tərəflər arasındakı fikir ayrılıqlarını aradan qaldırmağın mümkün olub-olmadığını anlamağa çalışır. Rubio vurğulayıb ki, bunun üçün hər iki tərəflə danışıqlar aparmaq vacibdir.
“Rusiya ilə danışıqlar aparmadan Rusiya və Ukrayna arasındakı müharibəni bitirmək mümkün deyil. Eyni zamanda Ukraynanın mövqeyi də mütləq nəzərə alınmalıdır”, – o qeyd edib.
#Marko Rubio teqi istifadə olunub
- Rusiya və ABŞ niyə razılığa gələ bilmədi?
- “ABŞ-nin əsas məqsədi...” | Rubiodan Ukrayna barədə açıqlama
- “Böyük Yeddilik” Rusiya-Ukrayna münaqişəsini müzakirə etdi
- Trampla Putinin görüşü bu səbəbdən baş tutmayıb | Nəşrdən açıqlama
- "İordan çayının qərb sahili İsrailin tərkibinə keçməyəcək" | Marko Rubio
