Selin fəsadlarının aradan qaldırılması üçün nə qədər vəsait ayrıldı? - Baku TV
Prezident İlham Əliyevin Sərəncamı ilə sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün ümumilikdə 85 milyon manatdan artıq vəsait ayrılıb.
Sənəddə qeyd olunub ki, bu ilin mart–aprel ayları ərzində güclü leysan yağışları və yaranan sel suları Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində ciddi dağıntılara səbəb olub, kənd təsərrüfatına, infrastruktur obyektlərinə, yəni yol, körpü, elektrik və yaşayış evlərinə ciddi ziyan vurub.
"Aidiyyəti dövlət qurumları tərəfindən mövcud vəziyyətin təhlili aparılaraq operativ və təxirəsalınmaz tədbirlər nəticəsində fəsadların aradan qaldırılması istiqamətində əməli işlər görülüb, su basmış ərazilərdən suların çəkilməsi, sel və daşqın sularının maneəsiz ötürülməsi, əhalinin təxliyəsi və təhlükəsizliyi təmin edilib, infrastrukturun bərpası və təmir-tikinti işləri həyata keçirilib", – deyə sənəddə qeyd olunub.
Sərəncama əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi, habelə gələcəkdə analoji halların təkrarlanmaması üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ümumilikdə 85 milyon 869 min 260 manat ayrılıb.
Bu vəsaitdən Fövqəladə Hallar Nazirliyinə 8 milyon 876 min 210 manat, Bakı Şəhər İcra Hakimiyyətinə 1 milyon 437 min 315 manat, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə 21 milyon 443 min 875 manat, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 39 milyon 103 min 600 manat və "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə 15 milyon 8 min 260 manat vəsait ayrılacaq.
#Selin fəsadları teqi istifadə olunub
- Sel və daşqınların təsirlərinə qarşı mübarizəyə 85 milyon manatdan artıq vəsait ayrıldı - Baku TV
- "Bu kənd tarixdən silinir!" | Sakinlər qorxu içində | "Belə şey Allaha xoş gedər?!" - Baku TV
- Sel Türkiyədə ciddi fəsadlarla nəticələndi - Baku TV
- Dağıstanda dəhşətli vəziyyət | Minlərlə ev suyun altında qaldı - Baku TV
- Türkiyədə daşqınlar 2 nəfərin canını aldı | Vəziyyət daha da çətinləşir - Baku TV
