Simonyandan "Nemezis qəhrəmanlarına" şillə
Ermənistan parlamentinin sədri Alen Simonyan İrəvanın mərkəzində “Nemezis qəhrəmanları"na abidənin qoyulmasını səhv addım adlandırıb.
“Bu, dövlət siyasətinin xətti deyil və ola da bilməz”, – deyən A.Simonyan qeyd edib ki, Ankaraya səfərindən sonra o, Türkiyə tərəfinin Ermənistanla münasibətləri normallaşdırmaq istəyinin olduğunu görüb və bu, o deməkdir ki, Ermənistan tərəfinin indiki mərhələdə münasibətləri yaxşılaşdırmaq üçün unikal, tarixi fürsəti var.
O, Nikol Paşinyanın iyunun 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirakını da uğurlu və müsbət addım kimi qiymətləndirib.
“Ermənistan və erməni xalqı uzunmüddətli sülhü təmin etmək üçün böyük tənqidlərdən də keçməyə hazırdır”, – deyə A.Simonyan jurnalistlərə açıqlamasında qeyd edib.
#Alen Simonyan teqi istifadə olunub
- ABŞ və İran arasındakı gərginliyə Ermənistan necə reaksiya verdi? - BİZDƏN NƏ DANIŞIRLAR?
- Bakı İrəvan və Moskva ilə əlaqələri balanslı şəkildə inkişaf etdirir
- Azərbaycan və Ermənistan parlament sədrləri İstanbulda bir araya gəldi - Baku TV CANLI
- "İrəvan və Bakı arasında sülh əməkdaşlığa gedən yoldur" | İrandan yeni ultimatum - YENİ BİR SƏHƏR
- Jurnalistin bu sualı Simonyanı qəzəbləndirdi, brifinqi yarımçıq dayandırdı
