“SOCAR və “Asarel Energy” arasında Birgə İnkişaf Sazişi” imzalandı
Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb.
Əvvəlcə Azərbaycan və Bolqarıstan prezidentlərinin iştirakı ilə “SOCAR və “Asarel Energy” arasında Birgə İnkişaf Sazişi” imzalanıb.
Görüşdə İlham Əliyev bu sənədin əhəmiyyətini vurğulamaqla onun əməkdaşlığın möhkəmlənməsi işinə verdiyi töhfələrə toxunub.
Dövlət başçısı COP29-da iştirak etdiyinə görə Bolqarıstan Prezidentinə minnətdarlığını bildirib.
İlham Əliyev bu tədbirin artıq səmərəli nəticələr verdiyini deyərək vurğulayıb ki, Paris Sazişinin karbon ticarəti üzrə 6-cı maddəsi ilə bağlı 10 ildən çoxdur müzakirələrin aparılmasına və indiyədək irəliləyişlərin əldə edilməməsinə baxmayaraq, məhz COP29-da bununla əlaqədar müvafiq irəliləyişlərə nail olunub.
COP29-un əhəmiyyətinə toxunan Bolqarıstan Prezidenti bu tədbirin mükəmməl səviyyədə təşkil olunduğunu vurğulayıb.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik edib - Baku TV
- Rusiya lideri Prezident İlham Əliyevə minnətdarlığını bildirib - Baku TV
- Prezident Mərkəzi Bankın yeni inzibati binasının açılışında iştirak edib
- Prezident Mərkəzi Bankın yeni inzibati binasının açılışında - Baku TV
- Bakı–Tbilisi–Qars yeni mərhələdə | Bakı növbəti beynəlxalq tədbirə hazırlaşır - YENİ BİR SƏHƏR
