Siyasət
Pleyeri seçin:

Sülh prosesi başlayandan Azərbaycan dünya səviyyəsində yüksəlib | Ekspert

24 aprel 2024

“Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib və son zamanlar bütün nailiyyətlər, əlbəttə ki, ölkənizin nüfuzunun əhəmiyyətli dərəcədə artmağa davam etməsi və Azərbaycanın üst səviyyəyə yüksəlməsi ilə bağlı olub”

Bunu jurnalistlərə Qazaxıstan Xarici İşlər Nazirliyi yanında Xarici Siyasət Araşdırmaları İnstitutunun İdarə Heyətinin sədri Bolat Nurqaliyev deyib.

“Azərbaycanın bütün dostları və xüsusən də Qazaxıstanın nümayəndəsi kimi mənim üçün bu, çox böyük müsbət irəliləyiş və sevinmək üçün çox böyük səbəbdir. Bu, bizim üçün böyük qürur mənbəyidir. Biz Azərbaycan xalqına öz mütərəqqi hərəkatını, sosial-iqtisadi inkişafını davam etdirməyi arzu edirik.

Bu mühüm konfransın – COP29-un keçirilməsinin Azərbaycana həvalə olunması onu göstərir ki, beynəlxalq ictimaiyyət Azərbaycanın potensialını çox yüksək qiymətləndirir. Şübhəsiz ki, konfransın keçirilməsi nəticəsində yalnız ölkənizin mövqeyinin müəyyənləşməsi deyil, həm də ən aktual problemlərin həlli üçün əməli yollar tapılacaq. Məsələn, hazırda Qazaxıstanda vəziyyət çox çətindir.

Daşqınlardan sonra ölkədə fövqəladə vəziyyət yaranıb. Bu, iqlim dəyişikliyinin və bu yeni çağırışlarla mübarizə aparmaq üçün təcili koordinasiya tədbirlərinin görülməsinin zəruriliyinin əyani təzahürüdür.

Hesab edirəm ki, Azərbaycan COP29 çərçivəsində bu məsələlərin öhdəsindən uğurla gələcək”, – deyə qazaxıstanlı ekspert əlavə edib.

Mehriban Əliyeva xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib

Mehriban Əliyeva xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib

Siyasət
05 may 2024
AK-nin nümayəndəsi minatəmizləmə prosesi ilə tanış oldu

AK-nin nümayəndəsi minatəmizləmə prosesi ilə tanış oldu

Siyasət
05 may 2024
XİN başçıları viza rejiminin aradan qaldırılması ilə bağlı saziş imzaladı

XİN başçıları viza rejiminin aradan qaldırılması ilə bağlı saziş imzaladı

Siyasət
05 may 2024
Bakıda təşkil olunacaq Sammitin həyata keçirilməsində əməkdaşlığa çağırış olundu

Bakıda təşkil olunacaq Sammitin həyata keçirilməsində əməkdaşlığa çağırış olundu

Siyasət
05 may 2024
Azərbaycanla bağlı yayılan hesabatlar diqqətlə izlənilir | Oqtay Qasımov

Azərbaycanla bağlı yayılan hesabatlar diqqətlə izlənilir | Oqtay Qasımov

Siyasət
05 may 2024
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri müzakirə edildi

Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri müzakirə edildi

Siyasət
05 may 2024
Qərb dairələri post-sovet ölkələrinin daxili işinə niyə qarışır?

Qərb dairələri post-sovet ölkələrinin daxili işinə niyə qarışır?

Siyasət
05 may 2024
Tarixdə iz buraxan Qaraiman bəyliyinin izləri | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Tarixdə iz buraxan Qaraiman bəyliyinin izləri | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
04 may 2024
Keşişin toruna düşən Koçaryandan hiyləgər addım | Tavuşda aksiyaların əsl səbəbi

Keşişin toruna düşən Koçaryandan hiyləgər addım | Tavuşda aksiyaların əsl səbəbi

Siyasət
04 may 2024
Ermənistan bu kəndi tələb etdi | Hansı ərazinin verilməməsi sülh sazişinə daxil ola bilər?

Ermənistan bu kəndi tələb etdi | Hansı ərazinin verilməməsi sülh sazişinə daxil ola bilər?

Siyasət
04 may 2024
Seçilmişlər
icon