Siyasət
Pleyeri seçin:
Sülh sazişi üçün müstəsna imkan var | Blinkendən vacib açıqlama
Vaşinqton administrasiyası hesab edir ki, hazırda Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlamaq üçün müstəsna imkan var.
Bunu ABŞ-nin dövlət katibi Entoni Blinken Brukinqs İnstitutunda çıxışı zamanı deyib.
“Ölkələr arasında sülh sazişi üçün müstəsna imkan var ki, bu da onilliklərlə davam edən münaqişəyə son qoyacaq və hesab edirəm ki, regionda iqtisadi əlaqələr, iqtisadi artım, şimal və cənub, qərb və şərq ölkələri arasında əlaqələrin qurulması baxımından böyük imkanlar yaradacaq”, – deyə dövlət katibi bildirib.
E.Blinken ölkəsinin diplomatiya vasitəsilə Azərbaycan və Ermənistanı sülh sazişinə yaxınlaşdırmağa çalışdığını deyib.
Kopyalandı
Seçilmişlər