Pleyeri seçin:

Təcili açıqlama: QAİ Almaniya və Fransaya qarşı tələblər irəli sürdü

22 sentyabr 2023 44 baxış

“BMT Təhlükəsizlik Şurasının sentyabrın 21-də keçirilmiş iclası Ermənistanın və onun bəzi havadarlarının beynəlxalq hüquqa zidd, ikiüzlü və Azərbaycanafob siyasətlərinin iç üzünü göstərib”.

Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, Azərbaycanın öz ərazisində apardığı antiterror tədbirləri ilə bağlı Ermənistanın və Fransanın BMT Təhlükəsizlik Şurasının iclasını çağırmaları onların beynəlxalq hüququn norma və prinsiplərinə, ilk növbədə isə dövlətlərin ərazi bütövlüyü, suverenliyi və daxili işlərinə qarışmama prinsiplərinə ziddir:

“Ermənistanın Baş nazirinin Azərbaycanın öz ərazisində apardığı tədbirlərə müdaxilə etməyəcəyini bəyan etməsi ilə məsələnin beynəlxalq təhlükəsizlik aspekti və bununla da BMT Təhlükəsizlik Şurasının bu mövzuda iclas keçirməsinin nəzəri əsasları belə aradan qalxmışdı. Ermənistanın Baş nazirinin sözügedən antiterror tədbirlərinin Qarabağda yaşayan ermənilərin həyatı üçün təhlükə törətmədiyini və mülki əhali arasında kütləvi tələfat barədə iddiaların əsassız olduğunu bildirməsi fonunda bu ölkənin xarici işlər nazirinin BMT Təhlükəsizlik Şurasında Qarabağda mülkilərə qarşı guya təhdidlərin olmasını iddia etməsi bu dövlətin siyasətində səbatsızlığı və ikiüzlülüyü bir daha nümayiş etdirir.

Almaniya, Fransa və Avropa İttifaqının iclasda və ondan əvvəl nümayiş etdirdikləri mövqe bu qüvvələrin bir tərəfdən regionda davamlı sülhün bərqərar olması perspektivinin yaxınlaşmasından narahat olduqlarını, digər tərəfdən isə onların Azərbaycana və azərbaycanlılara qarşı dini və etnik nifrət əsasında ayrı-seçkiliklərini göstərir. Biz Ermənistanın və onun havadarlarının insan hüquqları və beynəlxalq humanitar hüquq məsələsində nümayiş etdirdikləri riyakar və destruktiv yanaşmanı sərt şəkildə qınayırıq”.

Putin Paşinyanla ikitərəfli görüş keçirib

Putin Paşinyanla ikitərəfli görüş keçirib

Siyasət
23 dekabr 2025 44 baxış
Xocalıya növbəti köç | Ukraynadan Rusiyaya cavab zərbəsi | ƏDV ilə bağlı yenilik- YENİ BİR SƏHƏR

Xocalıya növbəti köç | Ukraynadan Rusiyaya cavab zərbəsi | ƏDV ilə bağlı yenilik- YENİ BİR SƏHƏR

Siyasət
23 dekabr 2025 44 baxış
"Türkiyə Qarabağla bağlı bu təşəbbüsü irəli sürdü" | Əli Əsədov - Baku TV

"Türkiyə Qarabağla bağlı bu təşəbbüsü irəli sürdü" | Əli Əsədov - Baku TV

Siyasət
22 dekabr 2025 44 baxış
Azərbaycan istehsalı olan silahlar | Dünya hərb bazarına nələri təklif edə bilirik? | HƏRBİ XRONİKA

Azərbaycan istehsalı olan silahlar | Dünya hərb bazarına nələri təklif edə bilirik? | HƏRBİ XRONİKA

Siyasət
22 dekabr 2025 44 baxış
Regionda güc balansı dəyişir? - "Euronews"da "Qarabağın ürəyi"ndən reportaj - BİZDƏN NƏ DANIŞIRLAR?

Regionda güc balansı dəyişir? - "Euronews"da "Qarabağın ürəyi"ndən reportaj - BİZDƏN NƏ DANIŞIRLAR?

Siyasət
22 dekabr 2025 44 baxış
Azərbaycan və Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib

Azərbaycan və Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib

Siyasət
22 dekabr 2025 44 baxış
"Nizami rayonunda 48 mindən çox Qərbi azərbaycanlı məskunlaşıb" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

"Nizami rayonunda 48 mindən çox Qərbi azərbaycanlı məskunlaşıb" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
22 dekabr 2025 44 baxış
Ermənistan qəzetində Sarkisyanla bağlı şok iddialar

Ermənistan qəzetində Sarkisyanla bağlı şok iddialar

Siyasət
22 dekabr 2025 44 baxış
Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edildi

Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edildi

Siyasət
22 dekabr 2025 44 baxış
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam

Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam

Siyasət
22 dekabr 2025 44 baxış
Seçilmişlər
icon