Tevanyan Azərbaycan və Ermənistan münasibətlərindən danışdı | Rusiya bunu təmin edə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Ermənistanla Azərbaycan arasında gələcək razılaşmaların həyata keçirilməsini təmin edə biləcək.
Bunu “Ana Ermənistan” blokunun rəhbəri Andranik Tevanyan deyib.
“Biz hər yerə mesaj verdik ki, Rusiyanı Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasında vasitəçi və təminatçı hesab edirik. Rusiya gələcəkdə Ermənistanla Azərbaycan arasında əldə olunan istənilən razılaşmanın həyata keçirilməsini təmin edə bilər”, – A.Tevanyan bildirib.
Onun sözlərinə görə, indiki hadisələr sülh prosesinə deyil, daha çox Ermənistanın Türkiyə-Azərbaycan gündəminin xeyrinə birtərəfli güzəştlərinə oxşayır.
Qeyd edək ki, bir müddət öncə “Ana Ermənistan” blokunun rəhbəri Andranik Tevanyanın rəhbərlik etdiyi nümayəndə heyəti Donbasa səfər etmişdi. Rusiya bu səfəri alqışlamışdı.
#Rusiya teqi istifadə olunub
- Böyük Britaniya Rusiya ilə bağlı nələri hesaba qatmayıb? | London həyəcan təbili çaldı - Baku TV
- İngilis marşal dəniz ittifaqı yaradır
- Tehran MDB ölkələri ilə əməkdaşlığını genişləndirmək istəyir | Rusiyanın mövqeyi nədir? - Baku TV
- Yakutskda ekstremal üzgüçülük yarışı keçirilib
- Qisas, yoxsa sülh? | İrəvan gələcək nəsillərə nə miras qoymaq istəyir? - Baku TV CANLI
