Pleyeri seçin:

Tramp bu dəfə rəqibini təhdid edir | Ukrayna ilə bağlı yeni plan var?

17 fevral 2025 211 baxış

ABŞ-nin qlobal siyasətdə əsas prioritetlərindən biri hər zaman Çinlə rəqabət aparmaq və onun artan gücünü məhdudlaşdırmaq olub. Donald Tramp hakimiyyətinin siyasi kursu da bu mənada istisna deyil.

Donald Trampın Ukrayna münaqişəsinə yanaşması Co Bayden administrasiyasının siyasətindən kəskin şəkildə fərqlənir. O, dəfələrlə bildirib ki, prezident olsa, münaqişəni 24 saat ərzində həll edəcək.

Ekspertlər düşünürlər ki, Donald Trampın planı əsasən Rusiya ilə kompromis əldə edərək Ukraynaya dəstəyin azaldılması və Moskvanın müəyyən tələblərinin qəbul edilməsidir.

D.Trampın bu yanaşması ABŞ-nin əsas rəqibi kimi Çinə daha çox diqqət yetirməsinə şərait yarada bilər. Çünki hazırda Ukraynaya verilən hərbi və maliyyə dəstəyi ABŞ-nin resurslarını tükəndirir və Vaşinqtonun eyni anda həm Rusiya, həm də Çinlə rəqabət aparmasını çətinləşdirir. Artıq D.Tramp Administrasiyası Rusiya tərəfi ilə telefon əlaqəsinə keçib, yaxın zamanlarda da tərəflərin görüşü nəzərdə tutulub.

Donald Trampın Rusiya-Ukrayna münaqişəsini tez bir zamanda bitirib Çinə qarşı mübarizəyə fokuslanmaq istəməsi ABŞ-nin strateji hədəflərinə uyğun olsa da, mütəxəssislərin fikrincə, bu planın həyata keçirilməsi çətin olacaq.

Rusiya ilə Ukrayna arasındakı müharibəni sürətlə dayandırmaq üçün ciddi güzəştlər tələb oluna bilər, bu isə ABŞ-nin beynəlxalq nüfuzu baxımından zərərlidir.

Digər tərəfdən Çin artıq uzunmüddətli mübarizəyə hazırlaşır və ABŞ-nin onu zəiflətmək planlarına qarşı müqavimət göstərməyə davam edəcək. Son nəticədə, D.Trampın bu strategiyasının uğuru onun diplomatik bacarığından, ABŞ-nin iqtisadi və hərbi imkanlarından, həmçinin Çin və Rusiyanın verəcəyi cavablardan asılı olacaq.

İran tunellərdən raket qurğularını çıxarır: yeni müharibəyə hazırlıq gedir? - AKTUAL GÜNDƏM

İran tunellərdən raket qurğularını çıxarır: yeni müharibəyə hazırlıq gedir? - AKTUAL GÜNDƏM

Siyasət
15 aprel 2026 211 baxış
AZAL təyyarəsinin qəzası ilə bağlı məsələ həllini tapdı - Baku TV

AZAL təyyarəsinin qəzası ilə bağlı məsələ həllini tapdı - Baku TV

Siyasət
15 aprel 2026 211 baxış
Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı vacib bəyanat - Baku TV CANLI

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı vacib bəyanat - Baku TV CANLI

Siyasət
15 aprel 2026 211 baxış
"Dövlət-din münasibətlərində hüquqi və institusional mexanizmlər" mövzusu ilə bağlı tədbir - Baku TV

"Dövlət-din münasibətlərində hüquqi və institusional mexanizmlər" mövzusu ilə bağlı tədbir - Baku TV

Siyasət
15 aprel 2026 211 baxış
Hörmüz blokadasının Azərbaycan iqtisadiyyatına təsiri: neft gəlirləri artsa da risklər böyüyür?

Hörmüz blokadasının Azərbaycan iqtisadiyyatına təsiri: neft gəlirləri artsa da risklər böyüyür?

Siyasət
15 aprel 2026 211 baxış
Hörmüz boğazının blokadası necə təsir edir? | 15 aprel Dünya İncəsənət Günüdür - YENİ BİR SƏHƏR

Hörmüz boğazının blokadası necə təsir edir? | 15 aprel Dünya İncəsənət Günüdür - YENİ BİR SƏHƏR

Siyasət
15 aprel 2026 211 baxış
Litva Respublikasının Baş nazirindən "Baku TV"yə özəl açıqlamalar - Baku TV

Litva Respublikasının Baş nazirindən "Baku TV"yə özəl açıqlamalar - Baku TV

Siyasət
14 aprel 2026 211 baxış
ABŞ İrana uranın zənginləşdirməsinə 20 illik moratorium təklif edib: razılığa gəlmək şansı var?

ABŞ İrana uranın zənginləşdirməsinə 20 illik moratorium təklif edib: razılığa gəlmək şansı var?

Siyasət
14 aprel 2026 211 baxış
Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfiri Prezidentin qəbulunda

Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfiri Prezidentin qəbulunda

Siyasət
14 aprel 2026 211 baxış
İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Siyasət
14 aprel 2026 211 baxış
Seçilmişlər
icon