Türk diplomatdan Ermənistana çağırış: Səhvləri bir də təkrar etməyin
“Ermənistanın son 3 ildəki fəaliyyətindən sonra Azərbaycanın öz təhlükəsizliyini və sabitliyini təmin etmək üçün Qarabağdakı qanunsuz silahlı qüvvələrə qarşı antiterror tədbirləri həyata keçirməkdən başqa yolu qalmamışdı. Bu, Azərbaycanın suveren hüquqları və vətəndaşlarının təhlükəsizliyi üçün atmalı olduğu addım idi”.
Bunu BMT Təhlükəsizlik Şurasının iclası zamanı Türkiyənin BMT-dəki nümayəndəsi Burak Akçapar deyib.
Türkiyənin Azərbaycan rəsmiləri ilə Qarabağın erməni sakinlərinin nümayəndələri arasında aparılan danışıqları alqışladığını deyən diplomat danışıqların məhsuldar davam edəcəyinə ümid etdiyini qeyd edib:
“Biz Ermənistanın öhdəliklərinə əməl etməsini, xüsusən də Zəngəzur dəhlizinin açılmasını gözləyirik. Ermənistanı və digər əlaqədar tərəfləri fürsəti əldən verməməyə çağırırıq. Türkiyə iki ölkə arasında sülh prosesini əvvəldən dəstəkləyir və buna görə də Ermənistanla münasibətlərin normallaşdırılması prosesinə başlayıb. Son günlər Xankəndidə həyata keçirilən antiterror tədbirləri nəticəsində biz bir daha gördük ki, problem Ermənistan tərəfinin öz öhdəliklərinə əməl etməməsi və qonşu ölkələrlə münasibətdə gərginlik yaratmasıdır. Biz Azərbaycanın suveren ərazilərini tanıyır və Ermənistanı keçmişdə yol verdiyi səhvləri yenidən təkrarlamamağa çağırırıq”.
#Birləşmiş Millətlər Təşkilatı teqi istifadə olunub
- İlham Əliyev MDB liderlərinin görüşündə niyə iştirak etməyəcək? - Baku TV
- Dron hücumları nəticəsində 100-dən çox dinc sakin həlak olub
- BMT nümayəndəsi WUF13 Könüllülər Mərkəzində
- Müharibə və yoxsulluq Myanmada xaşxaş istehsalını bu həddə çatdırdı
- Avropa və BMT Ukraynanın ərazi bütövlüyünü qoruya biləcək?
