Pleyeri seçin:

Türk dövlətlərində media sektorunun vəziyyəti müzakirə edildi - Baku TV

13 iyul 2026 24 baxış

Daşkənddə “Türk dünyasında mənəvi dirçəliş və informasiya təhlükəsizliyi” forumu keçirilib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Gənclərin Sosial-İqtisadi İnkişafına Yardım İctimai Birliyi və Özbəkistan Jurnalistlər İttifaqının birgə təşkilatçılığı ilə keçirilən forumda türk dövlətlərinin media sektorunun mövcud vəziyyəti, informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə, media əməkdaşlığının perspektivləri və gələcək birgə layihələr geniş müzakirə olunub.

Layihə rəhbəri, İctimai Birliyin icraçı direktoru Əfsələddin Ağalarov bildirib ki, forumun əsas tərəfdaşı Özbəkistan Jurnalistlər İttifaqıdır, məqsəd təcrübə mübadiləsinin genişləndirilməsi və “deepfake” texnologiyalarına qarşı mübarizədə ortaq fəaliyyət istiqamətlərini, eləcə də vahid yol xəritəsini müəyyənləşdirməkdir.

Qeyd olunub ki, qarşılıqlı təcrübə proqramlarının təşkili sayəsində həm Azərbaycan, həm də Özbəkistan jurnalistləri bir-birinin peşəkar təcrübəsindən faydalana bilərlər.

Tədbirdə Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Türkmənistandan vətəndaş cəmiyyəti təmsilçiləri, tədqiqatçılar iştirak ediblər.

Forumun panel müzakirələrində Özbəkistan Jurnalistlər İttifaqının sədri Şöhrət Arif, Mətbuat Şurasının Sosial Media Komissiyasının sədri Hacıbəy Heydərli, Kommunikasiya və Jurnalistika Universitetinin professorları çıxış ediblər.

Müzakirələrdə Özbəkistan və Azərbaycan mediası arasında formalaşmış əməkdaşlıq münasibətlərindən, dezinformasiyaya qarşı mübarizə, rəsmi məlumatların operativ şəkildə ictimaiyyətə çatdırılması, sosial medianın artan təsiri, süni intellekt vasitəsilə yaradılan məzmunun doğurduğu çağırışlar və informasiyanın dəqiqliyinin yoxlanılmasının əhəmiyyəti vurğulanıb.

Tədbirin sonunda "Mənəvi dirçəlişin anatomiyası" adlı sənədli film nümayiş olunub.

Kopyalandı
Prezident IV Şuşa Qlobal Media Forumunda jurnalistlərin suallarını cavablandırdı - Baku TV CANLI

Prezident IV Şuşa Qlobal Media Forumunda jurnalistlərin suallarını cavablandırdı - Baku TV CANLI

Siyasət
13 iyul 2026 24 baxış
Prezident İlham Əliyev Qarabağın bərpasında Özbəkistanın rolunu vurğuladı - Baku TV

Prezident İlham Əliyev Qarabağın bərpasında Özbəkistanın rolunu vurğuladı - Baku TV

Siyasət
13 iyul 2026 24 baxış
Prezident ABŞ-İran münaqişəsinin həlli istiqamətində Pakistanın rolundan danışdı - Baku TV

Prezident ABŞ-İran münaqişəsinin həlli istiqamətində Pakistanın rolundan danışdı - Baku TV

Siyasət
13 iyul 2026 24 baxış
Prezidentin Avropa Parlamentinə sərt tənqidi və Ukrayna ilə bağlı mesajı "Haber Global"da - Baku TV

Prezidentin Avropa Parlamentinə sərt tənqidi və Ukrayna ilə bağlı mesajı "Haber Global"da - Baku TV

Siyasət
13 iyul 2026 24 baxış
Prezident Böyük Britaniya və Argentina arasındakı münaqişə ilə bağlı mövqeyini bildirdi - Baku TV

Prezident Böyük Britaniya və Argentina arasındakı münaqişə ilə bağlı mövqeyini bildirdi - Baku TV

Siyasət
13 iyul 2026 24 baxış
Qiymət və keyfiyyət baxımından heç bir ölkə Çinlə rəqabət apara bilmir | İlham Əliyev - Baku TV

Qiymət və keyfiyyət baxımından heç bir ölkə Çinlə rəqabət apara bilmir | İlham Əliyev - Baku TV

Siyasət
13 iyul 2026 24 baxış
IV Şuşa Qlobal Media Forumunda hansı mühüm məsələlərə toxunuldu? - Baku TV

IV Şuşa Qlobal Media Forumunda hansı mühüm məsələlərə toxunuldu? - Baku TV

Siyasət
13 iyul 2026 24 baxış
Yaponiya ilə müdafiə sənayesində birgə müəssisələr yarada bilərik | İlham Əliyev - Baku TV

Yaponiya ilə müdafiə sənayesində birgə müəssisələr yarada bilərik | İlham Əliyev - Baku TV

Siyasət
13 iyul 2026 24 baxış
Türkiyə mediasında İlham Əliyevin qardaşlıq və müttəfiqlik mesajı ilə bağlı süjet - Baku TV

Türkiyə mediasında İlham Əliyevin qardaşlıq və müttəfiqlik mesajı ilə bağlı süjet - Baku TV

Siyasət
13 iyul 2026 24 baxış
Prezidentdən Azərbaycanın Türkiyə və Aİ ilə münasibətləri barədə diqqətçəkən açıqlama - Baku TV

Prezidentdən Azərbaycanın Türkiyə və Aİ ilə münasibətləri barədə diqqətçəkən açıqlama - Baku TV

Siyasət
13 iyul 2026 24 baxış
Seçilmişlər
icon