Pleyeri seçin:
Türkiyə Müdafiə Nazirliyi bəyanat yaydı
Türkiyə Milli Müdafiə Nazirliyi Fransa parlamentinə etiraz edib.
Nazirliyin yaydığı bəyanatda qeyd olunub ki, NATO üzvü olan Fransanın parlamentində əli qanlı PKK/YPG terror qruplaşması təmsilçilərinin qəbul edilməsi onun nüfuzuna kölgə salır.
Türkiyə tərəfi Fransa parlamentinin bu addımını NATO-dakı müttəfiqlik ruhuna zidd olduğunu vurğulayıb: “Bu addım həm də NATO-nun terrorizmlə mübarizəsini heçə endirir. Bütün hallarda Türkiyə Silahlı Qüvvələri bütün terror təşkilatlarına qarşı mübarizəni fasiləsiz davam etdirəcək”.
Xatırladaq ki, Fransanın Türkiyədəki səfiri Herve Maqro martın 27-də Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və ona rəsmi Ankaranın etiraz notası təqdim olunub.
Kopyalandı
#Türkiyə teqi istifadə olunub
- Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı Bakıda müzakirə olunacaq - Baku TV
- Kəşfiyyat dronunun Rusiya istehsalı olduğu müəyyənləşib
- 27 yaşlı futbolçuya atəş açıldı | Türkiyədə dəhşətli hadisə
- 27 yaşlı futbolçuya atəş açıldı | Türkiyədə dəhşətli hadisə - Baku TV CANLI
- Türkiyə 2017-ci ildə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini geri qaytarmaq istəyir
