Siyasət
Pleyeri seçin:
Türkiyə XİN Bakının azad edilməsinin 106-cı ildönümü ilə bağlı paylaşım etdi
Türkiyənin Xarici İşlər Nazirliyi Bakının işğaldan azad edilməsinin 106-cı ildönümü ilə əlaqədar Azərbaycanı təbrik edib.
Bu barədə Türkiyənin Xarici Siyasət İdarəsinin sosial şəbəkədəki paylaşımında qeyd olunub:
“Can Azərbaycanın gözəl paytaxtı Bakının işğaldan azad edilməsinin 106-cı ildönümü münasibətilə azərbaycanlı qardaşlarımızı təbrik edirik. Müstəqillik uğrunda həyatını fəda edən bütün şəhidlərimizi hörmət və ehtiramla yad edirik”.
Kopyalandı
Seçilmişlər