Siyasət
Pleyeri seçin:
Türkiyə XİN-dən ölkəmizlə bağlı paylaşım
Türkiyənin Xarici İşlər Nazirliyi meşə yanğınlarındakı köməyə görə Azərbaycana təşəkkür edib.
Nazirlik bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.
“Ölkəmizdə meşə yanğınlarının söndürülməsi işlərinə verdiyi dəyərli dəstəyə görə Can Azərbaycana təşəkkür edirik”, – paylaşımda deyilir.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) amfibiya tipli təyyarəsi Türkiyəyə yola salınıb. Eyni zamanda FHN-in müvafiq yanğın-xilasetmə qüvvələri də hazırlıq vəziyyətinə gətirilib.
Kopyalandı
Seçilmişlər