Pleyeri seçin:

Türkiyənin milli müdafiə nazirinin müavini prezidentin müvafiq sərəncamı ilə təltif edildi

28 fevral 2024 457 baxış

Müdafiə naziri Zakir Həsənov Azərbaycanda işgüzar səfərdə olan Türkiyə milli müdafiə nazirinin müavini Şuay Alpayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdən əvvəl türkiyəli qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət ediblər.

İki ölkə arasında ikitərəfli əlaqələrin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edən müdafiə naziri hərbi əməkdaşlığın daha da genişləndirilməsi baxımından bu cür görüşlərin vacibliyini xüsusi vurğulayıb.

Özünün də Azərbaycanın bir övladı olduğunu qeyd edən Şuay Alpay qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan, uğurla inkişaf edən Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının hazırkı vəziyyətindən məmnunluğunu bildirib.

Müdafiə naziri Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təltif edilən Şuay Alpaya “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalını təqdim edib.

Sonra türkiyəli nümayəndə heyəti müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev və müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersayla görüşüb.

Keçirilən görüşlərdə Türkiyədə istehsal olunan müxtəlif növ uçuş vasitələrinin modelləri təqdim olunub, qarşılıqlı hədiyyə mübadiləsi aparılıb.

"Azərbaycan dilinin qoruyucuları bizik" | Prezident İlham Əliyev - Baku TV

"Azərbaycan dilinin qoruyucuları bizik" | Prezident İlham Əliyev - Baku TV

Siyasət
01 avqust 2026 457 baxış
"Azərbaycan dili zəngin dildir" | Prezident İlham Əliyev - Baku TV

"Azərbaycan dili zəngin dildir" | Prezident İlham Əliyev - Baku TV

Siyasət
01 avqust 2026 457 baxış
"Bizim dilimiz qədimdir, 50 milyondan çox insan üçün ana dilidir" | İlham Əliyev - Baku TV

"Bizim dilimiz qədimdir, 50 milyondan çox insan üçün ana dilidir" | İlham Əliyev - Baku TV

Siyasət
01 avqust 2026 457 baxış
Prezident İlham Əliyev Qırğızıstanla ikitərəfli əlaqələrin uğurlu inkişafından danışdı - Baku TV

Prezident İlham Əliyev Qırğızıstanla ikitərəfli əlaqələrin uğurlu inkişafından danışdı - Baku TV

Siyasət
01 avqust 2026 457 baxış
Azərbaycan və Mərkəzi Asiya ölkələri bir geosiyasi məkanda - Baku TV

Azərbaycan və Mərkəzi Asiya ölkələri bir geosiyasi məkanda - Baku TV

Siyasət
01 avqust 2026 457 baxış
Azərbaycan XİN Yaponiya və Əlcəzairə başsağlığı ünvanladı - Baku TV

Azərbaycan XİN Yaponiya və Əlcəzairə başsağlığı ünvanladı - Baku TV

Siyasət
01 avqust 2026 457 baxış
Bakı-Bişkek münasibətlərində yeni mərhələ - Baku TV

Bakı-Bişkek münasibətlərində yeni mərhələ - Baku TV

Siyasət
01 avqust 2026 457 baxış
Azərbaycan-Qırğızıstan tərəfdaşlığı yeni mərhələdə - Baku TV

Azərbaycan-Qırğızıstan tərəfdaşlığı yeni mərhələdə - Baku TV

Siyasət
31 iyul 2026 457 baxış
Strateji tərəfdaşlığımızın inkişafına mane olacaq heç nə yoxdur | Sadır Japarov - Baku TV

Strateji tərəfdaşlığımızın inkişafına mane olacaq heç nə yoxdur | Sadır Japarov - Baku TV

Siyasət
31 iyul 2026 457 baxış
Çolpon-Ata bəyannaməsi qəbul olundu - Baku TV

Çolpon-Ata bəyannaməsi qəbul olundu - Baku TV

Siyasət
31 iyul 2026 457 baxış
Seçilmişlər
icon