Pleyeri seçin:

Türkiyənin Quru Qoşunları komandanı ölkəmizdə bir sıra görüşlər keçirdi

23 dekabr 2024 455 baxış

Türkiyənin Quru Qoşunları komandanı Azərbaycanda rəsmi səfərdədir.

Müdafiə Nazirliyinin məlumatına görə, qardaş ölkənin nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət edib.

Daha sonra Ordu generalı Selçuk Bayraktaroğlunun rəhbərlik etdiyi nümayəndə heyətini müdafiə naziri general-polkovnik Zakir Həsənov qəbul edib.

Görüşdə ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib. Qardaş ölkələrin dövlət başçılarının dostluq münasibətləri nəticəsində imzalanan Şuşa Bəyannaməsinin icrası ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyi qeyd olunub.

Səmimi qəbula və göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Ordu generalı Selçuk Bayraktaroğlu Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının iki ordu arasında uyarlılığın təmin edilməsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Görüşdə hərbi, hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Daha sonra müdafiə nazirinin birinci müavini – Ordunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev qardaş ölkənin nümayəndə heyəti ilə görüşüb.

Ardınca Azərbaycan Respublikasının müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay ilə görüş keçirilib. Görüşdə Ordumuzun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması, hərbi qulluqçularının peşəkarlığının daha da artırılması və təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Banner
“Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV

“Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV

Siyasət
06 noyabr 2026 455 baxış
"Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV

"Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV

Siyasət
06 noyabr 2026 455 baxış
"Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV

"Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV

Siyasət
06 noyabr 2026 455 baxış
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV

Siyasət
06 noyabr 2026 455 baxış
Naxçıvanla bağlı yeni qərar: Bakıdakı daimi təmsilçilik ləğv edildi - Baku TV

Naxçıvanla bağlı yeni qərar: Bakıdakı daimi təmsilçilik ləğv edildi - Baku TV

Siyasət
06 noyabr 2026 455 baxış
Zəngəzur dəhlizi risk altındadır

Zəngəzur dəhlizi risk altındadır

Siyasət
06 noyabr 2026 455 baxış
“Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV

“Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV

Siyasət
06 noyabr 2026 455 baxış
Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV

Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV

Siyasət
06 noyabr 2026 455 baxış
Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinin birinci mərhələsinin açılışı olub

Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinin birinci mərhələsinin açılışı olub

Siyasət
06 noyabr 2026 455 baxış
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür | Trampdan mühüm açıqlama - YENİ BİR SƏHƏR

Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür | Trampdan mühüm açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
06 noyabr 2026 455 baxış
Seçilmişlər
icon