Üçtərəfli komissiya daha toplaşmır | Lavrovdan Bakı-İrəvan əlaqələri barədə vacib açıqlama
“Əgər Ermənistan hakimiyyəti nəqliyyat əlaqələrinin bərpası ilə bağlı Rusiyanın iştirakı olmadan Azərbaycanla birbaşa danışıqlar aparırsa, onda “Allah xatirinə” aparsın”.
Bunu Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin tələbələri önündə çıxış edən Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
“Cənubi Qafqazda kommunikasiyaların açılması ilə məşğul olan üçtərəfli komissiya artıq toplaşmır. Bütün fərqliliklərə və uyğunsuzluqlara baxmayaraq, Rusiya və onun tərəfdaşları “kimin nəyin lehinə” olduğunu başa düşürlər. Razılaşdırılmış paralel proseslərin işlənilməsi ilə bağlı anlaşmalara dair müəyyən nəticə də var”, – deyə Sergey Lavrov vurğulayıb.
Qeyd edək ki, nazir həmçinin Rusiyanın taxıl sazişinə qayıda bilmə ehtimalından, Rusiya-İran münasibətlərindən, eləcə də regional mövzulardan da söz açaraq bir çox vacib məsələlərə toxunub.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- "Rusiya bu işə bir çox cəhətdən maraq göstərir" | Mixail Kaluqindən açıqlama
- Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktorundan açıqlama
- "Türkiyənin bununla bağlı öhdəlikləri var" | Lavrov rəsmi Ankaraya xəbərdarlıq etdi - Baku TV CANLI
- Rusiya NATO və Aİ ölkələrinə cavab verdi
- Dünyanın çoxqütblü olması artıq qaçılmazdır | Lavrovdan xəbərdarlıq
