Pleyeri seçin:

Üçtərəfli sammitin yekunları üzrə birgə bəyanat | Əsas məsələlər müzakirə edildi

23 avqust 2025 852 baxış

Azərbaycan, Türkmənistan və Özbəkistan regional və qlobal miqyasda sülhün, sabitliyin, etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edən strateji tərəfdaşlığın hərtərəfli möhkəmləndirilməsi istiqamətində uzunmüddətli kursun sarsılmazlığını təsdiqləyir.

Bu barədə Prezident İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun avqustun 22-də üçtərəfli sammitin yekunları üzrə qəbul etdikləri birgə bəyanatda deyilir.

Türkmənistan Xarici İşlər Nazirliyinin saytında dərc olunan sənəddə qarşılıqlı əməkdaşlığın üç xalqın çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ruhunda davam etdiriləcəyi qeyd olunur.

Həmçinin bildirilir ki, liderlər nəqliyyat-kommunikasiya infrastrukturunun inkişafı, nəqliyyatın əlaqələndirilməsi, onların təşkili üçün şərtlərin sadələşdirilməsi məsələlərini müzakirə etmək üçün Birgə İşçi Qrupun yaradılmasını alqışlayırlar.

Bəyanatda ölkələr arasında hava nəqliyyatının, biznesin və turizmin inkişafının vacibliyindən bəhs edilir və bunun yük və sərnişin axınının artmasına töhfə verəcəyi bildirilir.

Azərbaycan, Türkmənistan və Özbəkistan bərabərlik, qarşılıqlı fayda və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında ölkələr arasında ticari-iqtisadi əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.

Türkmənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir ki, tərəflər iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması və ona adaptasiya, ekoloji risklərlə mübarizə, biomüxtəlifliyin qorunması, ətraf mühitin mühafizəsi sahəsində ümumi layihə və proqramların təşviqi, regional və beynəlxalq platformalar çərçivəsində üç ölkənin ümumi maraqlarına cavab verən birgə təşəbbüslər üzrə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd edirlər.

Banner
Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Siyasət
10 noyabr 2026 852 baxış
Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Siyasət
10 noyabr 2026 852 baxış
“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

Siyasət
10 noyabr 2026 852 baxış
“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

Siyasət
10 noyabr 2026 852 baxış
“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

Siyasət
10 noyabr 2026 852 baxış
Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Siyasət
10 noyabr 2026 852 baxış
İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

Siyasət
10 noyabr 2026 852 baxış
Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Siyasət
10 noyabr 2026 852 baxış
1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

Siyasət
09 noyabr 2026 852 baxış
Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
09 noyabr 2026 852 baxış
Seçilmişlər
icon